15:22 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
270720

Britaniya və Norveç alimləri mədə-bağırsaq xəstəlikləri, o cümlədən xərçəng zamanı qəbulu vacib olan qidaların adlarını açıqlayıblar

BAKI, 6 noyabr — Sputnik. Britaniya və Norveç alimləri mədə-bağırsaq xəstəlikləri, o cümlədən xərçəng zamanı qəbulu vacib olan qidaların adlarını açıqlayıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, Britaniyanın Uorik Universitetinin apardığı tədqiqatın nəticələrini Nature Communications açıqlayıb. 

Nar, qırmızı üzüm, armud, göbələk, mərcimək, soya və yaşıl noxud mədə-bağırsaq xəstəliklərinin profilaktikasında xüsusi effektə malikdir.  Alimlərin sözlərinə görə, sözügedən qidalar bədəndə iltihab prosesinin inkişafının qarşısını alaraq autofaqiyaya (hüceyrənin daxilində, yenilərilə əvəz olunmuş köhnə orqanoidlərin (məs. mitoxondri və s.), zülal və digər maddələrin həll olması, bir sözlə lazım olmayan, xüsusi zərərli komponentlərdən ibarət hüceyrələrin məhv edilməsidir — red.) müsbət təsir göstərir.

Alimlər bu qənaətə autofaqiyanın normal mexanizminin təsirlərini müəyyənləşdirərkən gəliblər. Autofaqiya düzgün işləməyəndə, belə zülallar toplanır və iltihaba təhrik edir.

Əlaqədar

On saniyədə xərçəng hüceyrəsini aşkar edən cihaz düzəldildi
Xərçəngə və infarkta qarşı inqilabi ixtira
Diqqət: xərçəng xəstəliyinin əlamətlərindən xəbərdar olun
Gündəlik menyumuzda olan bu qida xərçəngi inkişaf etdirir
Bunlar prostat vəzi xərçənginin düşmənidirlər
Teqlər:
mədə-bağırsaq xəstəlikləri, Nar, göbələk, Norveç, qida, xərçəng, Britaniya

Əsas mövzular