09:16 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Nazirlik məcburi göstəriş verdi: icra edilməlidir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
35 0 0

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 25, icra qurumlarına 34, məhkəmələrə isə 9 iş göndərilib

BAKI, 6 noyabr — Sputnik. 16-31 oktyabr 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə, 245 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 56 iş üzrə 46100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 50 iş üzrə 26699,48manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 155 iş üzrə 44326,29 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 25, icra qurumlarına 34, məhkəmələrə isə 9 iş göndərilib.

Əlaqədar

Nazirlik açıqlama yaydı
Nazirlik saatların geri çəkilməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
Nazirlik qorxulu virusdan qorunmağın yollarını açıqladı
Azərbaycanda eyni məhkəmə qərarından şirkət də, nazirlik də narazı qaldı
Növbəti 3 gündə özünüzü qoruyun - Nazirlikdən xəbərdarlıq
Teqlər:
göstəriş, su və torpaq ehtiyatları, Ətraf Mühitin Mühafizəsi Departamenti, qanun pozuntuları, atmosfer havası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular