14:56 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Bahar qəsəbəsi Surxanı rayonu

Təcili: Nə qədər ki, kiminsə balası ölməyib...

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
789 0 0

"Bu, bizim üçün mənəvi əzabdır, sanki həbsdə yaşayırıq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Bahar qəsəbəsi Surxanı rayonunda yerləşir. Qəsəbə 20 ilə yaxındır ki, salınıb. Ancaq nə kanalizasiya sistemi var, nə də məişət tullantıları vaxtında daşınır.

Qəsəbə sakini Etibar Kərimov Sputnik Azərbaycan-a deyir ki, əslən Gürcüstandan olsa da, 10 ildən çoxdur Bahar qəsəbəsində yaşayır. Onun sözlərinə görə, əvvəllər qəsəbə sakinləri üçün avtobus dayanacağı olsa da, sonradan yoldan keçən avtomobillərdən biri dayanacağı vurub aşırıb. Bu qəzadan sonra dayanacaq bərpa edilməyib.

  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Bahar qəsəbəsi Surxanı rayonu
    Bahar qəsəbəsi Surxanı rayonu
    © Sputnik / Murad Orujov
  • Etibar Kərimov
    Etibar Kərimov
    © Sputnik / Murad Orujov
1 / 16
© Sputnik / Murad Orujov
Bahar qəsəbəsi Surxanı rayonu

E. Kərimovun sözlərinə görə, qəsəbədə 1500-dən çox ev olmasına baxmayaraq, məktəb olmadığı üçün uşaqlar məktəbə Hövsan qəsəbəsinə gedirlər: "Yolun kənarında dayanacaq yoxdur. Hava soyuq olanda, yağış olanda uşaqlar soyuğun altında qalırlar. Keçən dəfə 161-saylı avtobusun sürücüsünə deyirəm ki, "dayanacaqda saxla". Dedi ki, "dayanacağı göstər, saxlayım". Bilmədim sürücüyə nə deyim".

"Bu, bir kənara, təcili yardım çağıranda, yolu başa sala bilmirsən, deyə bilmirsən ki, harada dayan. Məcbur olub, özün yola çıxmalı olursan" — sakin danışır.

O, əlavə edir ki, bütün bunlarla yanaşı, yolda piyada keçidi də çəkilməyib: "Uşaqlar məktəbdən qayıdanda yolla gedən maşınlar onlara yol vermir. Dəfələrlə bu yolda piyadalar vurulub".

"Yolda işarələr qoyulsa da, bir müddət sonra işarələr yoxa çıxır. İşarələri kimin apardığı isə məlum deyil. Dəfələrlə yol polisinə müraciət etsək də, bizə bildirilib ki, Siqnal İdarəsinə müraciət etmək lazımdır" — Kərimov diqqətə çatdırır.

Müsahibimiz digər problemi də qeyd edir: "Bəzi avtomobillər yoldan 120-150 sürətlə keçir. Qəsəbənin giriş hissəsinə heç bir işarə qoyulmayıb. Əslində, yaşayış məntəqəsi olduğu üçün burada bütün avtomobillər asta sürətlə sürməlidir. Amma ərazidə bir kamera belə olmadığı üçün hamı istədiyi kimi hərəkət edir".

Sakinlərin sözlərinə görə, əvvəllər burada marşrut da olmayıb, sonradan onların müraciətləri əsasında qəsəbəyə marşrut ayrılıb. İndi qəsəbədən Qara Qarayev metrosuna qədər avtobuslar gedir.

Bahar qəsəbəsi
Karikatura
Bahar qəsəbəsi

Baharda su da, işıq da sakinlərin müraciəti ilə çəkilib. Ancaq nə qədər müraciət etsələr də, qəsəbəyə kanalizasiya sistemi quraşdırılmır.

Sakinlər qəsəbənin dəmir lövhələrlə çərçivəyə alınmasından da narazıdırlar: "Bu, bizim üçün mənəvi əzabdır. Sanki həbsdə yaşayırıq. Baxın, siz əraziyə bələd deyilsiniz, uzaqdan baxanda bizim yaşadığımız yer qəsəbəyə bənzəyirmi?"

Qəsəbə sakinləri aidiyyatı qurumlara müraciət edib, problemlərinin həll edilməsini tələb edirlər: "Nə qədər ki, ölümlə nəticələnən qəza baş verməyib, nə qədər ki, kiminsə balası ölməyib, gəlib yola piyada zolağı çəksinlər, dayanacaq qoysunlar, kamera quraşdırsınlar, işarələr yerləşdirsinlər…"

Əlaqədar

Azərbaycanda qorxunc qəsəbə: soyuducunun içində də ilanlar dolaşır
İldırım paytaxtın bu qəsəbəsini susuz qoydu
Şıx qəsəbəsində tikilən istirahət mərkəzindəki uçqunun pərdəarxası
Bu qəsəbədə hər şey var, amma insan yoxdur
Dünyada yeganə qəsəbə: hökumət yox, vergi yox, avtomobil yox
Teqlər:
Etibar Kərimov, Surxanı rayonu, Bahar qəsəbəsi, kanalizasiya, su, sakin, yol, ev, uşaq

Əsas mövzular