01:12 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Əli qandallı adam

Cəzaların niyə yüngülləşdirildiyi aydın oldu

CC0 / Alexas_Fotos / arest
CƏMİYYƏT
Qısa URL
429 0 0

"Cəzanın çəkilməsinin təxirə salınması, həmin cəzanın çəkilməyəcəyi demək deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. "Mövcud qanunda 8 yaşına qədər uşağı olan qadınların, habelə 8 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasını çəkməsinin təxirə salınması nəzərdə tutulursa, hazırki layihəyə əsasən bu yaş həddi artıq 14 olur". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Milli Məclisin deputatı Vüsal Hüseynov
Milli Məclisin deputatı Vüsal Hüseynov

Millət vəkilinin sözlərinə görə, bu, ümumən vəziyyətin yüngülləşdirilməsidir: "Digər bir yüngülləşdirmə isə cəzanın təxirə salındığı müddət ərzində məhkum edilmiş şəxsin törətdiyi cinayətə görə cəza təyin olunması barədədir. Belə ki, mövcud qanuna görə, cəzasının çəkilməsi təxirə salınmış şəxs yeni cinayət törətdikdə şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilirdi, yəni, cəza çəkilməsinin təxirə salınması ləğv edilirdi".

"Yeni dəyişikliyə əsasən isə, şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə məhkəmə cəza çəkilməsinin təxirə salınmasını ləğv etməyə də bilər, yəni saxlaya bilər ki, bu da vəziyyətin yüngülləşdirilməsidir. Təbii ki, buna uyğun olaraq əgər şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və hökmlərin məcmusu üzrə cəza təyin edir" — deputat bildirib.

Dəyişikliklərin ümumi mahiyyətinə gəldikdə isə millət vəkili deyib ki, dəyişiklik həm azyaşlı uşağı olan qadınların və ya azyaşlı uşağını təkbaşına böyüdən kişilərin, həm də həmin azyaşlı uşaqların mənafeyini qoruyur: "Burda hüquqlarının qorunması gücləndirilən, əsasən 8-14 yaş arası uşaqlardır, çünki, bildiyiniz kimi, indiki redaksiyada yaş həddi 8-dir. Aydındır ki, hər uşaq böyüdüyü müddətdə valideynlərinin maddi və mənəvi dəstəyinə ehtiyac duyur. Yeni qanun valideynlərin törətdiyi cinayətin onların uşaqlarına mənfi təsirini mümkün olduğu qədər neytrallaşdırmaq üçün belə bir tədbirə əl atır. Təbii ki, burada qadınların və ya azyaşlı uşağını təkbaşına böyüdən kişilərin də mənafeyi qorunur, amma dəyişiklikdə əsas məqsəd uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsidir".

V. Hüseynov hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının Cinayət Məcəlləsində mövcud xüsusiyyətlərinə də toxunub: "Əvvəla, qeyd edək ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün məhkəmə belə təxirə salınmanı tətbiq edə bilməz. Son olaraq isə uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərə bilər".

"Yəni, cəzasını çəkməsi təxirə salınmış şəxs bu müddət ərzində hüquqauyğun davranmalıdır, başqa sözlə, cəzanın çəkilməsinin təxirə salınması həmin cəzanın gələcəkdə heç bir halda çəkilməyəcəyi demək deyil" — millət vəkili vurğulayıb.

Qeyd edək ki, ötən həftə Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinin 79-cu maddəsinə (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) dəyişikliyə baxılıb. Dəyişikliyə əsasən, 79.1-ci maddədə (hər üç halda) və 79.3-cü maddədə "səkkiz" sözü "on dörd" sözləri ilə əvəz edilib.

Digər dəyişikliklə, 79.4-cü maddə aşağıdakı redaksiyada verilib: "79.4. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir".

Digər dəyişikliklə həmin maddəyə aşağıdakı məzmunda 79.5-ci maddə əlavə edilib: "79.5. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir".

Dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Başqalarını narkotikə təhrik edənlər, sadəcə həbs olunmayacaqlar - Yeni cəza
Azərbaycanda müştəriləri aldadanları yeni cəza gözləyir
Quşbazlar cəzalandırıldı
Daha bir əməlin cəzası yüngülləşdirildi
FHN-dən xəbərdarlıq: "Bizimlə pis zarafat edənləri cəza gözləyir"
Teqlər:
Vüsal Hüseynov, azalığın məhdudlaşdırılması, cinayət, deputat, millət vəkili, qanun, qadın, cəza, uşaq

Əsas mövzular