CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident yeni istifadəyə verilən idman və istirahət parkı ilə tanış oldu

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yeni istifadəyə verilən idman və istirahət parkı ilə tanış oldu
Prezident İlham Əliyev yeni istifadəyə verilən idman və istirahət parkı ilə tanış oldu - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Bakıda yeni istifadəyə verilən idman və istirahət parkında yaradılan şəraitlə tanış olub

BAKI, 28 oktyabr — Sputnik. Bakının Səbail rayonunda yeni idman və istirahət parkı istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkda yaradılan şəraitlə tanış olub. Sputnik Azərbaycan bu barədə prezidentin rəsmi saytına istinadən məlumat verir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, həyata keçirilən layihələr və sosial proqramlar çərçivəsində bu ilin may ayından 20-ci yaşayış sahəsindəki Su İdmanı Sarayı ilə üzbəüz 1,7 hektarlıq ərazidə yeni idman və istirahət parkının salınmasına başlanıb və artıq işlər başa çatdırılıb. Parkın layihəsi dünya şöhrətli memar və dizaynerlər tərəfindən ingilis layihəsi əsasında hazırlanıb və Azərbaycanda ilk dəfə olaraq həyata keçirilib. Xüsusi layihə çərçivəsində görülən işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib. 

İlham Əliyev Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev yeni səfirlərlə görüşüb

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Əhalinin istirahəti üçün hərtərəfli şəraitə malik olan bu parkın salınması da həmin işlərin tərkib hissəsidir. Digər tərəfdən, bu park Su İdmanı Sarayının ətrafında həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə mühüm töhfə olub. Parkın digər özəlliyi buraya istirahətə gələnlərin idmanla məşğul olmasına şərait yaradılmasıdır. Bu məqsədlə parkda 900 kvadratmetr sahədə iki basketbol, habelə həndbol və mini futbol meydançaları qurulub.

Bundan əlavə, açıq havada məşq etmək üçün müxtəlif idman trenajorları qoyulub. Ekstremal idman növlərinə həvəs göstərən uşaq və yeniyetmələrin marağı da nəzərə alınıb. Onlar üçün 450 kvadratmetr sahədə ikihissəli — həm böyüklər, həm də balacalar üçün skeytbordinq meydançası düzəldilib. Parkın digər hissəsində stolüstü tennis, uşaq əyləncə qurğuları, yelləncəklər quraşdırılıb. İdman və istirahət parkı xüsusi işıqlandırma sistemi ilə təchiz edilib.

Parkın giriş-çıxışını dekorativ arkalar bəzəyir. Üzəri müasir dizaynla rənglənən və cizgi filmləri qəhrəmanlarının şəkilləri ilə bəzədilən 350 metrlik divar da parka xüsusi yaraşıq verir. Parkda yaşıllaşdırma işlərinə də xüsusi diqqətlə yanaşılıb. Beş min kvadratmetrlik sahədə müxtəlif ağaclar və bəzək kolları əkilib, gül kompozisiyaları yaradılıb, suvarma sistemi qurulub. Bununla da park rayon sakinləri və şəhərimizin qonaqları üçün gözəl idman, əyləncə və istirahət məkanına çevrilib.

Xəbər lenti
0