07:14 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
214 0 0

İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma maddəsinə dəyişiklik edilib

BAKI, 27 oktyabr — Sputnik. Cinayət Məcəlləsinin 200-cü maddəsinə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) azadlığın məhdudlaşdırılması əlavə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, 200.3-cü maddənin sanksiyasında "üç" sözü "iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki" sözləri ilə əvəz edilib.

Təklif olunan mətndə deyilir ki, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasınınmaşınınilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud mətndə isə göstərilir ki, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, burada 3 ilədək müddətə azadlıqdan məhrum etmə də 2 ilədək müddətə endirilib.

Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Əsas mövzular