CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suriya və İraqda döyüşlərdə iştirak etmiş şəxslər tutuldu

© Sputnik / Anar MustafayevЗдание Службы государственной безопасности Азербайджанской Республики в Баку
Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər

BAKI, 27 oktyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri davam edir.

DTX-nin İctimai əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

DTX Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları ictimaiyyətə təqdim edəcək.

Xəbər lenti
0