CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu bölgəsində təbii qaz olmayacaq

CC0 / StockSnap / GasQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək

BAKI, 26 oktyabr — Sputnik. Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 “B” ünvanında yerləşən yaşayış binasında istehlakçıların təbii qaza olan təlabatının təmin edilməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

“Azəriqaz” İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

Xəbər lenti
0