CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSK-dan maraqlı statistika

© Sputnik / Ilham Mustafayevİlanlı ev
İlanlı ev - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin vəsaiti hesabına 8,5 min fərdi yaşayış evi istifadəyə verilib

BAKI, 24 oktyabr — Sputnik. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə vətəndaşlarının vəsaiti hesabına, ümumi sahəsi 1228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilir ki, bu, ölkə üzrə istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsinin 97,3 faizini təşkil edib: "Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilən fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub".

"Fərdi yaşayış evlərinin 49,8 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib" — DSK-dan məlumat verilib.

Xəbər lenti
0