21:12 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0332
CƏMİYYƏT
Qısa URL
2291 0 0

Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib

BAKI, 23 oktyabr — Sputnik. Ötən həftə Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinin 79-cu maddəsinə (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) dəyişikliyə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, 79.1-ci maddədə (hər üç halda) və 79.3-cü maddədə "səkkiz" sözü "on dörd" sözləri ilə əvəz edilib.

Təklif olunan 79.1-ci maddədə deyilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə 5 ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə, məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına qədər uşağı olan qadınlar, habelə 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Mövcud variantda isə bu, 8 yaş olaraq göstərilirdi.

Təklif olunan 79.3-cü maddədə deyilir ki, uşaq 14 yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir. Mövcud variantda isə bu, 8 yaş olaraq göstərilirdi.

Digər dəyişikliklə, 79.4-cü maddə aşağıdakı redaksiyada verilib: "79.4. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir". Mövcud variantda isə deyilir ki, cəzaçəkmənin təxirə salındığı müddətdə məhkum edilmiş şəxs yeni cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.

Digər dəyişikliklə həmin maddəyə aşağıdakı məzmunda 79.5-ci maddə əlavə edilib: "79.5. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir".

Dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Azərbaycanda qaçan məhbuslarla bağlı ilginc faktlar üzə çıxdı
Keçmiş məhbus on 10 ildir ailəsini qorxu altında saxlayır
Həbsxanadan 12 məhbus qaçıb
Azərbaycanda bir neçə məhbus xəstəlikdən ölüb
Prezident Ramazan münasibətilə məhbusları əfv etdi
Teqlər:
hamilə, Cinayət Məcəlləsi, Milli Məclis, qadın, cəza, həbs

Əsas mövzular