CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki dövlət qurumu üz-üzə gəldi: Paytaxtın məşhur küçəsində nə baş verir?

© Sputnik / Irade JELILMəmməd Araz küçəsi 61 ünvanında təmir işləri
Məmməd Araz küçəsi 61 ünvanında təmir işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Qurumlar məsuliyyəti bir-birinin üstünə atır

BAKI, 19 oktyabr — Sputnik. Paytaxtın Nərimanov və Nəsimi rayonlarının kəsişməsində, Məmməd Araz küçəsi 61 ünvanında magistral su kəmərlərinin sıradan çıxması ilə əlaqədar təmir işləri aparılıb. Amma təmir işlərindən sonra qazılan ərazi bərpa edilmədiyi üçün sakinlərin narazılığına səbəb olub. Dünən axşam saatlarından etibarən bu küçədə nəqliyyat vasitələri hərəkətində ciddi sıxlıq müşahidə edilib.

© Sputnik / Irade JELILMəmməd Araz küçəsi 61 ünvanında təmir işləri
Məmməd Araz küçəsi 61 ünvanında təmir işləri - Sputnik Azərbaycan
Məmməd Araz küçəsi 61 ünvanında təmir işləri

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, dünən axşam saatlarında ərazidə 500 mm-lik magistral kəmərdə qəza baş verib. Qəza ilə əlaqədar Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

"Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları problemi aradan qaldırıblar. "Azərsu" öz üzərinə düşən işi görüb, magistral kəmər təmir edilib. Yolun təmirini "Azəravtoyol" həyata keçirəcək" — Cəbrayıllı qeyd edib.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yolu qazan qurum da təmir etməlidir: "O ərazidə tez-tez belə qəzalar baş verir. Amma qeyd etməliyəm ki, yolu qazan da bərpa etməlidir. Əgər bunu edə bilmirsə, bizimlə müqavilə imzalayır və bərpanı biz edirik".

Xəbər lenti
0