CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar bir daha Azərbaycana buraxılmayacaqlar

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 187 hal qeydə alınıb

BAKI, 18 oktyabr — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) 9 aylıq statistikanı açıqlayıb. DMX-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ilin 9 ayı ərzində xidmətə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 633.827 müraciət daxil olub.

Дождливая погода в Баку - Sputnik Azərbaycan
Azərbaycan miqrasiya siyasətini gücləndirir

Onlardan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti (29.725) və daimi yaşamaq (3.785) üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 33.510 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 24.523 müraciət qeydə alınıb.

Dövlət Miqrasiyanın xidmətinin tərəfindən qeyri-qanuni miqrasiya halları da qeydə alınıb. Belə ki, ilin 9 ayı ərazində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş 17.076 qərar, onlardan Azərbaycan Respublikası ərazisində yaşamanın leqallaşdırılması ilə bağlı 1.930, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 9.122, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 5.052 hal qeydə alınıb.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) əsasən 785 nəfər deportasiya edilib.

Ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı isə 187 hal qeydə alınıb və DMX-nin "Çağrı mərkəzi"-nə 79, 614 zəng daxil olub.

Xəbər lenti
0