CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya tələsən insanlar elə bir girdaba düşdülər ki...

© Sputnik / Khalid MammadovBakı-Sumqayıt yolunun əks istiqamətində — paytaxta doğru gələn hissəsində tıxac
Bakı-Sumqayıt yolunun əks istiqamətində — paytaxta doğru gələn hissəsində tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Tıxacdan cana doyan insanlar arasında mübahisələr baş verib

BAKI, 17 oktyabr — Sputnik. Bu gün səhər saatlarından başlayaraq, Bakı-Sumqayıt yolunda böyük tıxac hökm sürür. Sputnik Azərbaycan-ın əməkdaşı müşahidələrinə əsasən, yolun üzü Bakıya gələn hissəsində, "Ekologiya postu"nu keçən kimi başlayan tıxac, "20 Yanvar dairəsi"nədək davam edir.

Avtomobil sıxlığı, xüsusilə 08.00 — 11.00 arasında daha çox yaşanır. Tıxacdan bezən sürücülər, vəziyyətdən çıxmaq üçün bir-birilərinin yoluna girirlər ki, bu, insanlar arasında mübahisələrə də səbəb olur. Vəziyyət qarşılıqlı söyüş və təhdidlər səviyyəsinə qədər gedib çıxır. Bu gün səhər də bu cür hadisələrini şahidi olduq.

Bütün bunları "Azəravtoyol" rəhbərliyinin yaxşı-yaxşı düşünməsi lazımdır. Əks halda, insanların yaşadıqları stress və əsəb yaxşı heç nə vəd etmir.

Xəbər lenti
0