CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yaşanan sıxıntılı dönəmə müddət qoyuldu: Gələn ilin sonu bitəcək

© Sputnik / Anar MustafayevДвижение транспорта в Баку, фото из архива
Движение транспорта в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nəsimi Paşayev: "İşlər qaydasında gedərsə, 2018-in sonuna kimi stansiyanı açmağı planaşdırırıq"

BAKI, 16 oktyabr — Sputnik. Bakıda yollarda tıxacda qalmaq şəhər sakinləri üçün adi hala çevrilib. Günün səhər və axşam vaxtlarında paytaxtın bəzi prospekt və küçələrində sıxlıq müşahidə olunur. Buna isə bir çox səbəblər təsir edir.

Şəhər sakini Zaur Nurməmməd Sputnik Azərbaycan-a ünvanladığı şikayət məktubunda iddia edir ki, Tbilisi prospektində hər gün müşahidə olunan tıxacın yaranma səbəblərindən biri, tikilməkdə olan metroya görə yolun bağlanmasıdır.

"Tbilisi prospektində günün əksər vaxtlarında tıxac olur. Tıxacın bəzi səbəbləri var. Bu səbəblərdən biri də keçmiş "Papanin"-də uzun müddətdir ki, metro stansiyasının qazıntı işləri ilə əlaqədardır" — sakin bildirir.

© Sputnik. Sevda BabayevaNəsimi Paşayev
Nəsimi Paşayev  - Sputnik Azərbaycan
Nəsimi Paşayev

Onun sözlərinə görə, uzun illərdir burada qazıntı işləri gedir: "Bu da yolun bağlı olmasına və tıxacın yaranmasına səbəb olur. Çünki mikrorayonlara gedənlər məcbur Tbilisi prospektindən istifadə edirlər. Bu da prospektin yüklənməsinə və bəzi saatlarda tıxacların yaranmasına səbəb olur. Bilmək istəyirik, bu yolun açılışı nə vaxt olacaq? Ümumiyyətlə, yolun açılmasına ümid var?"

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında problemə aydınlıq gətirib. O bildirib ki, "Papanin" deyilən ərazidə Bənövşəyi xəttin 3-cü stansiyası tikilir.

"Şərti adı B3-dür. Yol da ona görə bağlıdır. Stansiya açılanda yol da açılacaq. İşlər qaydasında gedərsə, 2018-in sonuna kimi stansiyanı açmağı planlaşdırırıq" — Paşayev bildirib.

Xəbər lenti
0