23:44 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Судейский молоток, фото из архива

Dələduzluq etmiş tikinti biznesmeni cəzadan kənarda qalmaq istəyir

© AP Photo /
CƏMİYYƏT
Qısa URL
151 0 0

Armatur ticarətində şəriklərini aldadan Bakı sakini apellyasiya şikayəti verib

BAKI, 14 oktyabr — Sputnik. Bakıda dələduzluqda təqsirləndirilən "İnşaat-E" MMC-nin direktoru Kənan Quliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 16-na təyin edilib.
İşə hakim Namiq Məmmədovun sədrliyi ilə baxılacaq.

"İnşaat-E" MMC-nin direktoru olan K.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İş üzrə 19 zərərçəkmiş var.

Quliyev zərərçəkmiş Hamlet Həmzəyev, Şahin Mahmudov, Əbülfəz Abbasov və digər şəxslərlə armatur ticarəti adı ilə ümumilikdə 1 milyon 800 min manatdan çox pulu onlardan dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş H.Həmzəyev apellyasiya şikayəti verib.

Xatırladaq ki, 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il sınaq müddəti təyin edilməklə K.Quliyevə şərti cəza verilib.

Əlaqədar

Binə Ticarət Mərkəzinin rəhbərinə qarşı dələduzluq ittihamı
Dələduzluq edən və sənədləri saxtalaşdıran şəxs saxlanıb
Dələduzluq yolu ilə milyonları oğurlamış iş adamı axtarışa verilib
Dələduzluq Azərbaycanda geniş yayılıb
Teqlər:
cəza, dələduzluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, Cinayət Məcəlləsi, "İnşaat-E" MMC

Əsas mövzular