CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlara çağırış: maddi cəhətdən asılı olmamağa çalışın

© Sputnik / Shahperi Abbasova"Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində Beyləqan rayonunda görüş
Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsi çərçivəsində Beyləqan rayonunda görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Ülkər Abdullayeva: Peşələrə yiyələnmiş, öz ayaqları üstündə duran, maddi ehtiyaclarını ödəyən, ömrünü mənasız intriqalara, nəticəsiz mübarizələrə sərf etməyən qadın intihar haqqında düşünməyəcək.

BAKI, 13 oktyabr — Sputnik. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi (QLUB) "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində Beyləqan rayonunun xanımları ilə görüş təşkil edib.

"Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusuna həsr olunan görüşdə qadınların problemləri ilə yanaşı, öz rifahını yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər də müzakirə olunub.

© Sputnik / Shahperi Abbasova"Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində Beyləqan rayonunda görüş
Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsi çərçivəsində Beyləqan rayonunda görüş  - Sputnik Azərbaycan
"Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində Beyləqan rayonunda görüş

Sputnik Azərbaycan-a İB-dən verilən məlumata görə, QLUB sədri Ülkər Abdullayeva son illərdə ölkəmizdə maliyyə-iqtisad sahəsində yaranmış çətinliklərin vətəndaşların sosial vəziyyətinə təsir etdiyini deyib. Bildirib ki, insanlar daha çox banklara olan borclarını ödəyə bilməməkdən, gəlirlərinin azalmasından şikayətlənirlər. Bu vəziyyət ailənin əsas yükünü çəkən qadınlara daha çox təsir edir.

"Statistikaya nəzər salanda görürük ki, ölkədə intihar edən qadınların sayı getdikcə artır. Onların yaşı və hər birini intihara sürükləyən səbəblər başqa-başqadır. Lakin köklərini araşdıranda məlum olur ki, sosial problemlər, bundan doğan stress intihara aparıb çıxarır. İnsanlar içində çabaladıqları problemlərdən çıxış yolu tapmayanda, köməksiz qaldıqda, dəstək görmədikdə, başa düşülmədikdə, haqlı-haqsız qınaqlara məruz qaldıqda tək çarəni canına qıymaqda görürlər. Vətəndaş cəmiyyətləri ona görə mövcuddurlar ki, bu cür insanların ümid yeri ola bilsinlər. Biz deyirik ki, intiharı seçmə, bizi seç, qapımızı döy ki, sənə yardım edə bilək" – deyə Ü.Abdullayeva bildirib.

O, qeyd edib ki, qadın nə qədər güclü, iradəli olsa, inkişafa hədəflənsə, problemlərin öhdəsindən ağıllı və daha az itki ilə çıxmağın yollarını düşünsə, bir o qədər stressdən, neqativ niyyətlərdən uzaq olacaq. "Peşələrə yiyələnmiş, öz ayaqları üstündə dura bilən, maddi ehtiyaclarını çalışaraq ödəyən, ömrünü mənasız intriqalara, nəticəsiz mübarizələrə sərf etməyən qadın heç vaxt intihar haqqında düşünməyəcək. Əməksevər qadın daim cəmiyyətdə özünü lazımlı insan hesab edir. O, yorulmadan, usanmadan mübarizə aparır, qarşısına çıxan maneələri inamla dəf edir" – deyə QLUB sədri bildirib. O, qadınları bir-birinin əlindən tutmağa, yardımlaşmağa, özlərini inkişaf etdirməyə, maddi cəhətdən müstəqil olmağa çağırıb. Beyləqan rayonunda qadınların bir neçə istiqamətdə öz biznesini yaratmaq imkanlarını qeyd edib.

Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qadınların sosial-psixoloji problemləri müzakirə edilib

Tədbirdə qadın məsələləri üzrə ekspert Aynur Zamanova, Beyləqan şəhəri N.Allahverdiyev adına 1 saylı tam orta məktəbin direktoru, YAP Beyləqan rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova çıxış edərək mövzu barədə fikirlərini bölüşüblər. Onlar gələcəkdə sosial-psixoloji problemlərin məngənəsinə düşmək üçün ailə və məktəbdə qız uşaqlarının təhsilinə, tərbiyəsinə, peşəyönümlü olmasına diqqət yetirməyin vacibliyini vurğulayıblar. Bu cür motivasiya xarakterli tədbirlərdən ruhi qida və zövq aldıqlarını deyən xanımlar, sosial-psixoloji böhrandan çıxmaq üçün maarifləndirmənin böyük rolu olduğunu bildiriblər. Qeyd ediblər ki, qadınların böhran vəziyyətində müraciət edəcəkləri ictimai institutlar olarsa, problemlər daha asan çözülə bilər.

Sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi həssas qadın qruplarının sosial-psixoloji böhrandan çıxmasına yardım göstərmək və motivasiya yolu ilə onları inkişafa istiqamətləndirməkdir.

Xəbər lenti
0