CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu peşə sahiblərinə də pulsuz mənzillər verildi

© Sputnik / Fuad HasanovBakıda çoxmərtəbəli yaşayış evi
Bakıda çoxmərtəbəli yaşayış evi - Sputnik Azərbaycan
Abunə olmaq
Cavid Qurbanov bildirib ki, müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub

BAKI, 13 oktyabr — Sputnik. Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-də dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Qeyd edək ki, 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün — Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov - Sputnik Azərbaycan
Bakıdan Naxçıvana dəmir yolu açılacaq

Tədbirdə çıxış edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. 

ADDY-nin baş mühəndisi Qurban Nəzirov bildirib ki, cari ilin yanvar-sentyabr aylarında dəmir yolu ilə 21 mln. ton yük, 4,5 mln. nəfər sərnişin daşınıb. ADDY-nin stansiyalarından isə 13 mln. ton yük yola salınıb ki, bunun da 8,5 mln. tonunu neft və neft məhsulları təşkil edib. Hesabat dövründə 42 km yol müxtəlif təmirdən keçirilib. Bu ilin yükdaşıma proqnozu 30 mln. ton, sərnişindaşıma proqnozu isə 5 mln. nəfər səviyyəsində nəzərdə tutulub.

Daha sonra çıxış edən dəmiryolçular görülən işlərdən danışıb, ayrı-ayrı strukturların rəhbərlərinin hesabatları dinlənilib. Sonda 30 dəmiryolçuya yeni mənzillərinin açarları, " Fəxri dəmiryolçu döş nişanı və bayram hədiyyələri təqdim olunub" və tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul edilib.

Xəbər lenti
0