CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Londona qədər qatar reysi açıla bilər

© Sputnik / Murad Orujov"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov
Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov - Sputnik Azərbaycan
Abunə olmaq
Cavid Qurbanov: "Qarsa gedib çıxmağımız 16-18 saat çəkəcək"

BAKI, 13 oktyabr — Sputnik. Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) dəmiryol işçilərinin peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın, həmçinin Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlaırnı ziyarət ediblər.

Поезд Азербайджанских железных дорог - Sputnik Azərbaycan
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılacağı tarix dəqiqləşdi

Tədbirin ikinci hissəsi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində keçirilib. QSC-nin sədri Cavid Qurbanov, "Şərq-Qərb" marşurutu, (Transxəzər nəqliyyatı) barədə məlumat verib.

"Bu dəhlizin Bakı-Tbilisi-Qars hissəsinin uzunluğu 846 km-dir. Bunun 504 km-i Azərbaycan ərazisinə, 79 km-i Türkiyə ərazisinə, qalan hissəsi isə Gürcüstan ərazisinə düşür" — deyə o bildirib.

Daha sonra o deyib: "Keçən ayın sonlarında sınaq keçirdik. Axarkələyə qədər bizim qatarlarla getdik, Axarkələkdən sonra isə Türkiyənin sərnişin qatarında yolumuzu Qarsa qədər davam etdirdik. Bu ayın 30-da dövlət başçlarının iştirakı ilə bu yolun yük qatarları üçün açılışı həyata keçriləcək. Sərnişin daşımanın hərəkəti gələn il həyata keçiriləcək. Çünki bunun üçün 30-a yaxın qatar alınmalıdır. Artıq sifariş edilib".

ASC sədrinin sözərinə görə, həmin qatarların texnologiyaları da fərqlidir: "Bu qatarlar dayanmadan, yol dəyişmədən hərəkət edir. Vaqonların içində xüsusi yataq yerləri, VİP kupelər, sanuzel və s. var. Qarsa gedib çıxmağımız 16-18 saat çəkəcək".

Qurbanov əlavə edib ki, bu günə qədər Azərbaycanın Türkiyə ilə dəmiryol əlaqələri olmayıb: "Amma Bakı-Tbilisi-Qars iki ölkəni birləşdirəcək. Daha sonra bu yol İstanbula, Ankaraya qədər davam edəcək, Sultan Bəyazid və Osmanqazı körpülərindən keçərək, Avropaya, Lamanşdan keçərək Londona qədər gedə bilər".

Xəbər lenti
0