13:41 24 Oktyabr 2017
Canlı yayım
Birinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib

Birinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib

© Foto: AZƏRTAC
CƏMİYYƏT
Qısa URL
174 0 0

Görkəmli alim Aida İmanquliyeva Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunun direktoru vəzifəsində çalışıb

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Sputnik Azərbaycan-nın məlumatına görə, M. Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra M. Əliyeva Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub. M. Əliyeva həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

1 / 3
Birinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib

Qeyd edək ki, görkəmli şərqşünas alim Aida İmanquliyeva Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifəsində çalışıb. Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub.

Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olub. "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında", "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi", "Sovet Azərbaycanı və xarici Şərq", "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi", "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri", "Şərq filologiyası məsələləri", "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə", "Xarici Şərqin problemləri: tarix və müasirlik", "Şərq ədəbiyyatında ənənə və novatorluq" məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub. 

Əlaqədar

Mehriban Əliyevadan məcburi köçkünlərlə bağlı mühüm addım
Baş prokurordan Mehriban Əliyevanın təyinatına münasibət
Mehriban Əliyeva: "Səmimi təbriklərinizdən çox təsirlənmişəm"
Dövlət dumasının deputatı Mehriban Əliyevanı təbrik etdi
Teqlər:
Azərbaycan SSR Elmlər Akademiyası, Zərifə Əliyeva, Aida İmanquliyeva, Mehriban Əliyeva, Heydər Əliyev

Əsas mövzular