Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həftənin əvvəlində hava yaxşı olacaq - Rəsmi

Abunə olmaq
Azərbaycanın rayonlarında oktyabrın 9-da hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq

BAKI, 8 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 % olacaq. 

Azərbaycanın rayonlarında oktyabrın 9-da hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz  20-25° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

Xəbər lenti
0