07:05 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
12 0 0

"Azəravtoyol" ASC: Lənkəran-Lerik avtomobil yolu nəzarətdə saxlanılır

BAKI, 5 oktyabr — Sputnik. Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb.

Azəravtoyol ASC-nin nəzarəti altında qalmış yol
"Azəravtoyol" ASC-nin nəzarəti altında qalmış yol

"Azəravtoyol" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb.

"Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hazırda yol nəzarət altında saxlanılır" — deyə məlumatda qeyd olunub.

Əlaqədar

Paytaxtda daha bir yol çökdü: o istiqamətdə hərəkət dayandı
Əsgərov: “Avropalı nümayəndələrin ürəyinə yol tapacaq sözlərlə çıxış etdik”
Azərbaycanda yeni yol istifadəyə verildi
Paytaxtın yol polisi xəbərdarlıq edir
Şahbazlı: “Dövlət proqramı Azərbaycan gəncliyi üçün yol xəritəsidir”
Teqlər:
Lənkəran-Lerik avtomobil yolu, "Azəravtoyol" ASC, Lerik rayonu

Əsas mövzular