13:28 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
258801

Respublika Narkoloji Mərkəzində alkoqolizmdən əziyyət çəkən 651 qadın qeydiyyatdadır

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində (RNM) alkoqolizmdən əziyyət çəkən 651 nəfər qadın qeydiyyatdadır. Bu barədə Sputnik Azərbaycan-a RNM-in şöbə müdiri Afət Məmmədova məlumat verib.

Onun sözlərinə görə, analoji diaqnozla 21909 nəfər qeydiyyatdadır: "Onların da əksəriyyəti orta yaşlı insanlardır. İldən-ilə bu qəbildən olan xəstələrin statistikası artır. Təkcə 2016-cı ildə onların sayı 551 nəfər artıb".

"Bu xəstəlik tam sağalması mümkün olmayan və təkrarlanan xəstəlikdir" — həkim əlavə edib.

Qeyd etmək lazımdır ki, tibbi ədəbiyyatda verilən məlumata görə, alkoqol qadın və kişi orqanizminə fərqli təsir göstərir. Bunun başlıca səbəbi qadınların orqanizmində suyun miqdarının kişilərin bədəninə nisbətən az olmasıdır.

Bu səbəbdən də, qadınların bədənində etil spirtinin parçalanması prosesi daha yavaş gedir, intoksikasiya isə daha uzun sürür. Qadının orqanizmi spirtə qarşı daha dözümsüzdür, ona görə də onlar alkoqol asılılığından daha tez-tez əziyyət çəkirlər. Zərif cinsin nümayəndələri depressiyadan, stressdən, həyəcandan xilas olmaq və özlərini daha rahat hiss etmək üçün tez-tez alkoqol qəbul edirlər.

Qadın alkoqolizminə ən çox orta yaşlı insanlarda rast gəlinir. Bu xəstəlik ən çətin müalicə olunan xəstəliklərdən biridir və ona görə də qadınların asılılıqdan azad olması çox çətindir. Alkoqolizmin özünün iki mərhələsi var: doza üzərində nəzarəti itirmək və daha böyük doza tələb etmək.

Əlaqədar

Azərbaycan qadınlarını satan şəxs 10 il polisdən gizləndi
Bu qadın Ginnesin Rekordlar Kitabına düşdü - Səbəb çox maraqlıdır
Övladını müalicə etdirmək imkanı olmayan qadın intihara cəhd edib
Polisin müsadirə etdiyi alkoqolu siçovullar içib
Alkoqolla bağlı bunu bilirdinizmi?
Teqlər:
RNM, Afət Məmmədova, şöbə müdiri, asılılıq, alkoqol, müalicə, həkim, xəstəlik, qadın

Əsas mövzular