04:01 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
384610

Balaca Abdulla Azərbaycana - nənə-babasının yanına gəlmək istəyir

BAKI, 3 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu yaxınlarda Bağdaddakı sığınacaqlardan birində, Rusiyanın RT telekanalının əməkdaşları azərbaycanlı uşaqlar – 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın görüntülərini çəkiblər. Sputnik Azərbaycan bu uşaqlar barədə məlumatları yaydıqdan sonra, Azərbaycanın Xarici İşlər Nazirliyi və İraqdakı diplomatik korpusumuzun nümayəndəliyi də uşaqların taleyi ilə yaxından maraqlanmağa başlayıblar.

Sözügedən uşaqların valideynlərinin bir müddət əvvəl Azərbaycanı tərk edərək "İslam dövləti" terror təşkilatına (İŞİD) qoşulduğu ehtimal edilir.

RT əməkdaşları bu gün Sputnik Azərbaycan-a Abdullanın növbəti görüntülərini təqdim ediblər. Yeni görüntülərdə sığınacaqda məskunlaşmış türk qız, Abdulladan atasının harada olduğunu soruşur. Abdulla "atam ölüb" — deyə cavab verir. O, nənə-babasının (atasının ana-atasının) Azərbaycanda olduğunu, onları görmək istədiyini deyir.

Abdulla atası ilə
© Photo : Russia Today
Abdulla atası ilə

Abdulla eyni zamanda, qardaşının olduğunu bildirib: "Adı Berakdır, Xədicədən (sığınacaqda onunla birlikdə olan, əvvəllər onun bacısı olduğu zənn edilən (bu fakt təsdiqini tapmayıb) 2 yaşlı azərbaycanlı qız uşağı-red.) balacadır. Berak anamın yanındadır".

"Qardaşın öldümü?" sualına Abdulla "yox, ölmədi" deyə cavab verib. Amma qardaşının harada olduğuna dair suallara o, təzadlı cavablar verib: "Qardaşım, biz getdiyimiz yerdə, su içdim e, oradadır. Adamların yanında. Adamlar götürüb aparmış olarlar, oğurlayıblar. Oğurlayıblar sonra…". Abdulla kim olduqlarını bilmədiyi adamların, qardaşını apardıqlarını təkrarlayıb.

Qaldığı sığınacaqda vəziyyətinin yaxşı olduğunu deyən Abdulla, ona "deyir, səni buradan Baksa (çox güman ki, Bakını nəzərdə tutur-red.) yollayırıq" deyən oğlana başı ilə müsbət cavab verir.

Daha sonra Abdulla iki qardaşının olduğunu, bacısınınsa olmadığını bildirir. Onun dediklərindən belə anlaşılır ki, onun bir dörd yaşlı, bir də özündən kiçik qardaşı var. Ata-anasının harada olduğunu bilmədiyini deyən balaca oğlan, bura "təyyar"la (təyyarəni nəzərdə tutur — red.) gəldiyini deyir. O, əvvəlcə ata-anasının Türkiyədə olduğunu, sonra isə anasının Azərbaycanda, evdə olduğunu deyir.

Daha sonra anasının evin içində öldüyünü bildirir. Qardaşını əsgərlərin apardığını qeyd edir. Başının əxilər (vəhhabilər bir-birilərini "əxi" (qardaş) deyə çağırırlar — red.) tərəfindən qırxıldığını deyir. Abdulla bir daha anasının harada olduğu soruşulduqda, onun evin içində öldüyünü bildirir.

Abdulla, ona mobil telefonda şəkil göstərən adama "sənsən, bu" deyə gülümsəyir.

RT əməkdaşlarının bildirdiklərinə görə, Azərbaycanın İraq səfirliyinin nümayəndələri Abdullanı sığınacaqda ziyarət ediblər. Ona atası olduğu ehtimal edilən adamın şəklini göstəriblər. Abdulla şəkildəki adamın atası olduğunu təsdiqləyib. Həmin şəkildə Abdulla saqqalı bir kişi ilə görüntülənib.

Xatırladaq ki, RT-nin əməkdaşları balaca Abdullanı və Xədicəni Bağdaddakı sığınacaqlardan birində çəkiblər. Onların əldə etdikləri məlumata görə, bu balaca mələklər sığınacağa sentyabrın 12-də İŞİD-dən azad edilmiş Təl-Afərdən gətirilib.

Onların tapıldığı yerdən çəkilən videogörüntülərdə Abdulla "Bombanı haradan gətirdiz?" sualına cavabında deyib: "Gətirmədik e, anamda idi. Anam onu çəkdi, yerə qoydu, bunlar da (əli ilə hərbçini göstərir — red.) partlatdı. Qan idi anam. Kafirlər atdı. Düşdü, çıxdı, yandı, əlim də yara oldu. Anam ölüb. Yandı anam".

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Bağdaddakı konsulu Zəbi Axundov Abdullaya baş çəkib. Oğlanın Azərbaycanda babası və digər qohumları müəyyənləşib. Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi, onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.

İraq sığınacağındakı azərbaycanlı körpələrlə bağlı məlumatlar yayılandan sonra Bakı şəhər sakini Vahidə Nuriyeva redaksiyamıza müraciət edərək Xədicənin onun nəvəsi olduğunu iddia edib. O, Xədicənin daha əvvəlki məlumatlarda bildirildiyi kimi Abdullanın bacısı olmadığını deyib. Nuriyeva Bağdad sığınacağındakı 2 yaşlı Xədicənin onun qızı Aybənizin dördüncü qızı olduğunu güman edir.

Əlaqədar

Axtarışda olan azərbaycanlıların siyahısı İraq hökumətində
İraqda tapılan azərbaycanlı uşaqların gözyaşardıcı videosu yayıldı
Ağazadə: “İŞİD-dən xilas edilən uşaqlara dəstək olmalıyıq”
İraqdakı azərbaycanlı İŞİD-çilərin ailələrinin taleyi barədə şok təfərrüatlar
İŞİD-ə qoşulan azərbaycanlıların sayı bilindi
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların qohumları tapıldı - VİDEO
Teqlər:
RT telekanalı, Abdulla, baba, nənə, Sputnik Azərbaycan, Bağdad, İraq, Rusiya, ana, ata

Əsas mövzular