02:17 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
833 0 0

Pensiya təminatı ilə bağlı xüsusi hesaba köçürülən vəsait aydın və dəqiq əks olunacaq

BAKI, 3 oktyabr — Sputnik. Milli Məclisin dünən keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, "Əmək pensiyaları haqqında" qanunun 1.0.18-ci maddəsində "müəyyən edilən qaydada" sözlərindən sonra "və məbləğdə" sözləri əlavə olunub.

Mövcud variantda göstərilir ki, xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.

Təklif olunan variantda isə göstərilir ki, xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.

Beləliklə, həmin maddəyə "müəyyən edilən qaydada" sözlərindən sonra "və məbləğdə" sözləri əlavə olunub. "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik xüsusi hesaba köçürülən vəsaitin aydın və dəqiq əks olunması məqsədi daşıyır.

Dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Pensiya kartlarının qənimi ələ keçdi
Bu xəbər pensiyanı gözləyənlərin ürəyincə olmayacaq
Pensiyaların da nağd qaydada ödənişi qadağan olunur
Prezident pensiyalarla bağlı dəyişiklikləri təsdiqlədi
Sovet dövründə işləmiş şəxslərin pensiyası yeni qaydada hesablanacaq
Vətəndaşlar minimum pensiya almaq hüququnu necə qazana bilər?
Teqlər:
"Əmək pensiyaları haqqında" qanun, vəsait, plenar iclas, Milli Məclis

Əsas mövzular