CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni medal təsis olunub

© Sputnik / Murad OrujovBakıda polis əməkdaşları, arxiv şəkli
Bakıda polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik müzakirəyə çıxarılıb

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

Bu yubley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0