00:19 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda Aşura günü (6)
277 0 0

Səhlab Bağırov: "Aşura günü müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin keçilməsinə imkan verilməyəcək"

BAKI, 30 sentyabr — Sputnik. "Sabah Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək".

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib. 

S. Bağırov qeyd edib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək: "Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 1-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək".

General həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. "Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".

Mövzu:
Azərbaycanda Aşura günü (6)

Əlaqədar

Bakı sakinləri Aşura günü ehtiyacı olanlar üçün qan verirlər
Azərbaycanda Aşura mərasimləri ləğv olunacaq
Teqlər:
Aşura mərasimi, Aşura günü, Bakı şəhər Baş Polis İdarəsi, Səhlab Bağırov, Bakı

Əsas mövzular