23:55 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
80310

Narkotikdən istifadə və saxlanmaya görə cinayət məsuliyyətinin ləğvi ilə bağlı dəyişiklik məqbul hesab olunmayıb

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaya görə) dekriminallaşdırılmasının əleyhinədir.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentdə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı o bildirib ki, bu, məqsədəmüvafiq deyil: "Azərbaycanın yerləşdiyi coğrafi məkan elə bir yerdir ki, burada narkotiklərin qeyri-qanuni yolla tranzit kimi gətirilməsi cəhdləri baş verə bilər. Eyni zamanda, kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meylli olacaq. Bu da cinayətin sayına təsir göstərəcək".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev isə deyib ki, 234.1-ci maddənin dekriminalaşdırılması ilə hüquq mühafizə orqanlarının rəyi nəzərə alınıb. O bildirib ki, burada mövqe birmənalı olub, bunun tətbiq olunması cinayətlərin artmasına səbəb ola bilər: “Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb, bu, çox azdır. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb”.

Qeyd edək ki, dəyişikliyə əsasən məcəllənin 234.1-ci maddəsində cəza sanksiyası ləğv edilir və narkotik istifadəçisi məcburi stasionar müalicəyə göndərilir.

Əlaqədar

Millət vəkili: "Üstündən yarım qram narkotik tapılan adamı tutmaq olmaz"
MTN polkovniki: "O məmurların övladlarının cibindən narkotik tapdıq"
Ciminin adı narkotik alverində hallanır
Avropaya daşınan 6 ton narkotik ələ keçdi
Adamın corabının içindən narkotik çıxdı
DTX: 44 kiloqram narkotik tutulub
Teqlər:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Baş Prokurorluğu, Vüsal İsayev, Natiq Hüseynov

Əsas mövzular