08:23 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
6176

Mərkəzi Bankın məktubu devalvasiya təşvişi yaratdı, deputat sakitliyə çağırdı

entyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklarına məktub daxil olub. APA bank sektorundakı mənbələrinə istinadən xəbər verir ki, məktub AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olub.

Dollarlar
© REUTERS / Romeo Ranoco

Məktubda deyilir:

"Milli Ödəniş Sisteminin İştirakçılarına.

Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir. Xahiş edirik, nəzərə alasınız".

AMB-nin bu açıqlaması vətəndaşlar arasında təşviş yaradıb, əksəriyyət manatın növbəti dəfə devalvasiyaya uğrayacağını düşünür. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib. O bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur.

"Əsas məsələ 9 ayın yekunları ilə bağlıdır. Bir sıra ödənişlərin vaxtında edilməsi və hesabat dövrünə çatdırılması üçün Mərkəzi Bank tərəfindən belə bir göstəriş verilib" — deputat deyib.

V. Əhmədov bildirib ki, hazırda əsas diqqət manatın məzənnəsinin stabil saxlanması yönəlib: "Çünki manatın möhkəmlənməsi ciddi prosesdir. Bunun arxasında da maliyyə mənbələri dayanır. Ona görə də vətəndaşların narahat olması üçün heç bir əsas yoxdur".

"Bu gün çoxlu sayda vətəndaşlarımız mənə müraciət edərək sabah manatın yenidən devalvasiya edib-etməyəcəyini soruşurlar. Səbəb isə sabah şənbə günü olmasına baxmayaraq bir sıra banklara iş başında olmaları göstərişidir. Konkret olaraq, sabah devalvasiyaya olacaqmı? Cavab Mərkəzi Bankdadır. Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var".

Bunu isə iqtisadçı-ekspert Vüqar Bayramov şəxsi "Facebook" səhifəsində yazıb: "Mərkəzi Bank nəinki sabah, ümumiyyətlə növbəti dövrdə və aylarda kursun necə dəyişməsi ilə bağlı öz gözləntilərini vətəndaşlar ilə daimi bölüşməlidir. Makro-iqtisadi göstəricilərə və eləcə də tədiyyə balansındakı saldoya əsaslansaq yeni potensial devalvasiya səbəbi izah edilən deyil".

"Təbii ki, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul etdiyi üçün sabah və ya başqa hər hansı gün devalvasiyanın olub-olmadığı söyləmək nəinki çətindir, hətta valyuta bazarındakı indiki mövcud tənzimləmə ilə bunu proqnozlaşdırmaq heç mümkün də deyil. Proqnozlaşdırıla bilən xarici valyutaya tələbin necə deyişməsidir. Biz avqust ayında dollara tələbin artacağını öncədən proqnozlaşdırırdıq və bu da baş verdi" — Bayramov bildirib.

Onun sözlərinə görə, Dövlət Neft Fondu iyulda hərraclarda 253,2 milyon manat satmışdısa, avqustda 292,6 milyon manat xərcləyib: "Bu isə o deməkdir ki, dollara tələb avqustda iyula nisbətən 15 faizdən çox yüksəlib. İlin sonuna doğru dollara tələbin artacağı gözləniləndir. Bunun məzənnəyə necə təsir edəcəyi isə yenə də birbaşa Mərkəzi Bankın səlahiyyətində olaraq qalmaqdadır".

İqtisadçı-ekspert Samir Əliyev də şəxsi "Facebook" məsələyə qısaca münasibət bildirib. "Sabah devalvasiya olacağını düşünmürəm. Bunun üçün zəmin yoxdur. Son qərarı isə Mərkəzi Bank verir" — o yazıb.

Əlaqədar

Keçmiş müttəfiqimiz də devalvasiyaya getdi
İkinci devalvasiyadan əvvəlki dövrə qayıdırıq - qərar qəbul olundu
Devalvasiya geyim bazarına belə təsir edib
Azərbaycanda ikinci devalvasiyanı yetişdirən səbəb
Maliyyə Nazirliyindən devalvasiya təklifi: başqa çarə yoxdur
"Mərkəzi Bank devalvasiyanın qarşısını ala bilməz"
Teqlər:
kommersiya bankları, AMB, devalvasiya, məzənnə, Azərbaycan Mərkəzi Bankı, manat, dollar

Əsas mövzular