02:00 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
83610

Çingiz Qənizadə: "Onları tuturlar, ailələrində problem yaranır, ailələr dağılır, ailə üzvləri aclıq çəkirlər, bir neçə il gözləyirlər, həbsxana yollarında qalırlar"

BAKI, 29 sentyabr — Sputnik. Millət vəkili Çingiz Qənizadə 234.1-ci maddənin Cinayət Məcəlləsindən çıxarılmasını təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili bu təkliflə, parlamentdə "AR Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, yeni gələn təklifdə 234.1-ci maddə Cinayət Məcəlləsindən çıxarılmalı idi: "Amma yenə də həmin qaydada gəlib. Biz nəyə görə 234.1-ci maddə ilə insanları həbs etməliyik? Bu gün cəzaçəkmə müəssisələrində cəza çəkənlərin, təxminən 30 faizə qədəri narkotiklə bağlı həbsxanalardadır. 16 min məhkumun, təxminən 5-6 mini bununla bağlıdır. Onların da 50 faizi məhz 234.1-ci maddə ilə cəza çəkir".

"Bəlkə, başqa alternativ cəza fikirləşək? Biz niyə bu insanları cəmiyyətdən təcrid edirik? Bu, sonra böyük fəsadlar doğurur" — deputat deyib.

"Onları tuturlar, ailələrində problem yaranır, ailələr dağılır, ailə üzvləri aclıq çəkirlər, bir neçə il gözləyirlər, həbsxana yollarında qalırlar. Bir nəfərin üzərindən yarım qram, 1 qram nəsə çıxmağa görə azadlıqdan məhrum etmək, hesab edirəm, düzgün deyil. Bu maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır" — deyə millət vəkili əlavə edib.

Əlaqədar

Narkomanlar polislərə hücum etdilər
MTN polkovniki: "O məmurların övladlarının cibindən narkotik tapdıq"
Azərbaycanda narkomanlar həbs olunmayacaqlar
Ciminin adı narkotik alverində hallanır
Avropaya daşınan 6 ton narkotik ələ keçdi
Teqlər:
234.1-ci maddə, Çingiz Qənizadə, Cinayət Məcəlləsi, millət vəkili, narkotik, cəza, həbs

Əsas mövzular