CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bal yarmarkası bu ünvanda keçiriləcək

© Sputnik / Murad OrujovBakıda bal yarmarkası, arxiv şəkli
Bakıda bal yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Balı alan müştərilər laboratoriyada məhsulu yoxlaya bilərlər

BAKI, 28 sentyabr — Sputnik. Bakıda 25 gün arıçılıq məhsullarının sərgi satış yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 10-dan noyabrın 5-dək Xətai rayonu, Nobel prospekti 23 ünvanında AMAY ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası təşkil ediləcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 30-dək müvafiq ünvana təhvil verməlidir. Yarmarkaya bal təqdim edən arıçılardan şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubu tələb olunur.

Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə artıq Lənkəran, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala rayonlarında məhsulları qəbulu başa çatıb. 

Bal - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hər gün sadəcə 1 qaşıq bal yeməyin inanılmaz xeyri

Bu gün isə Quba-Xaçmaz və Abşeron iqtisadi zonasından bal qəbulu aparılacaq.

Naxçıvandan 27-28 sentyabr, Dağlıq Şirvandan 29 sentyabr, Aran iqtisadi rayonundan isə 30 sentyabr tarixində arıçılıq məhsullarının qəbulu aparılacaq.

Xatırladaq ki, Bakıda keçiriləcək bal yarmarkasında iştirak etmək üçün 324 arıçı qeydiyyatdan keçib. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Assosiasiya sədri bu ilki yarmarkada iştirakçıların sayının artdığını deyib: "Ötən il yarmarkada 256 arıçı iştirak etmişdisə, bu il onların sayı 324 nəfərə çatıb. Hazırda yarmarkaya təqdim edilən balların keyfiyyət təhlili aparılır. İştirakçılardan 20 faizinin təqdim etdiyi balın keyfiyyəti standartlara cavab vermir. Fikrimcə, bu il yarmarkada 300 tona yaxın bal təqdim olunacaq".

Ötən il yarmarkada 71,7 ton, 2015-ci ildə 250 ton bal təqdim olunmuşdu.

B.Həsrətov onu da qeyd edib ki, alıcılar yarmarkada aldıqları balın keyfiyyətini yoxlaya bilərlər: "Yarmarkada alınan məhsulun keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriya quraşdırılacaq. Balı alan müştərilər bu laboratoriyada məhsulu yoxlaya bilərlər".

Xəbər lenti
0