CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyevdən tariximizlə bağlı mühüm sərəncam

Abunə olmaq
"Kiş alban məbədi"nə aparan avtomobil yolunun tikintisinə 1 milyon manat ayrılıb

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şəki rayonunun Kiş kəndindəki "Kiş alban məbədi"nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbər lenti
0