16:41 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı

Avropalı siyasətçilər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı söz veriblər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
64 0 0

Azərbaycanlı girovlarla bağlı Ermənistanın Varşavadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

BAKI, 25 sentyabr — Sputnik. Bu gün Bakıda, Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Müdafiə Komitəsinin rəhbəri Əlövsət Ağalarov yığıncağın məqsədi barədə məlumat verib.

Onun sözlərinə görə, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Varşavada ATƏT-in insan haqları ilə bağlı illik sammitində iştirak edib: "Belə bir qərara gəldik ki, Kürdoğlu Əsgərov ilə görüş keçirək və o, gördüyü işlər ilə bağlı məlumat versin. Əsas məqsəd odur ki, Dilqəm ilə Şahbaz azad edilsin".

  • Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı
    Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı
    © Sputnik / Murad Orujov
  • Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı
    Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı
    © Sputnik / Murad Orujov
  • Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı
    Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı
    © Sputnik / Murad Orujov
  • Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı
    Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı
    © Sputnik / Murad Orujov
  • Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov
    Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov
    © Sputnik / Murad Orujov
1 / 5
© Sputnik / Murad Orujov
Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı

Yığıncaqda Kürdoğlu Əsgərov, sammitdə keçirdiyi görüşlər barədə iştirakçılara məlumat verib: "11-22 sentyabr tarixlərində Varşavada ATƏT-in sammiti keçirilib. Biz burada iştirak etdik. Atam Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsini gündəmə gətirdik".

"Orada bizim çıxışlarımız oldu. Atamın Rusiya pasportunu götürmüşdük. Oradan rusiyalı deputatlara da səsləndik ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və siz hara baxırsınız? Düşünürəm ki, sammitdə iştirakımız və çıxışımızla avropalı diplomatların bu məsələyə diqqətini cəlb edə bildik" — K. Əsgərov bildirib.

"Eyni zamanda, Varşavada avropalı diplomatlarla təkbətək bir sıra görüşlərimiz oldu. Avropalı diplomatların diqqətini cəlb edə bildik. Onlar söz verdilər ki, öz ölkələrində bu məsələni qaldıracaq və diqqətdə saxlayacaqlar" — o, əlavə edib.

K. Əsgərov sentyabrın 22-də Ermənistanın Varşavadakı səfirliyi qarşısında etiraz aksiyası keçirildiyini də bildirib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev, Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə qondarma "məhkəmə" qurulub. "Məhkəmə"nin "qərarı" ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Əlaqədar

Rusiyanın Azərbaycandakı səfiri: "Dilqəm Əsgərovdan üz döndərməmişik"
Rusiya XİN Dilqəm Əsgərovun girov götürülməsinə münasibət bildirdi
Erməni girovluğunda olan Dilqəm Əsgərovun atası vəfat etdi
"Rusiya Aleksandr Lapşinə göstərdiyi həssaslığı Dilqəm Əsgərova da göstərməlidir"
BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər
Teqlər:
Əlövsət Ağalarov, Kürdoğlu Əsgərov, Hüquqlarını Müdafiə Komitəsi, Varşava, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Ermənistan, Avropa, girov

Əsas mövzular