04:08 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Mədət Quliyev

Mədət Quliyev Bağdaddakı azərbaycanlı uşaqların taleyindən danışdı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
711 0 0

DTX sədri: "Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır"

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan İŞİD terror təşkilatına qoşularaq ölən vətəndaşların övladlarının geri qaytarılması üçün iş aparır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir" — deyə o bildirib.

O həmçinin qeyd edib ki, son 5 il ərzində 900-ə yaxın azərbaycanlının İŞİD-ə qoşulduğunu, onlardan 85-nin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını, 195 nəfərinin Azərbaycan vətəndaşlığından çıxarıldığını, bir çoxunun isə döyüş zamanı öldüyünü bildirib.

Əlaqədar

İŞİD-ə qoşulan azərbaycanlıların sayı bilindi
İŞİD-lə əlaqəsi olan 36 nəfər həbs edildi
Ağazadə: “İŞİD-dən xilas edilən uşaqlara dəstək olmalıyıq”
İraqdakı azərbaycanlı İŞİD-çilərin ailələrinin taleyi barədə şok təfərrüatlar
Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO
Teqlər:
Dövlət Təhlükəsizlik Xidməti, İŞİD, Mədət Quliyev, Azərbaycan, İraq

Əsas mövzular