CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlahiyyatçı: “Ümumiyyətlə cümə namazlarında iştirak etmirəm”

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
Teoloq: "Konkretlik xətibin sərbəst fikir söyləməsinə mənfi təsir göstərəcək"

BAKI, 23 sentyabr — Sputnik. Xəbər verildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı "Moizələr və xütbələr" adlı kitab nəşr olunub.

"Report"un məlumatına görə, kitab din xadimlərinin dini maarifləndirmə işini aparması, milli-mənəvi dəyərlərin təbliği, İslam dininin mahiyyətini və prinsiplərini düzgün şəkildə çatdırması məqsədi ilə nəşr edilib.

Ön sözünün müəllifi QMİ sədri şeyxülislam Allahşükür Paşazadə olan kitabda Azərbaycanda mövcud olan İslam məzhəbləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən, onların hamısını əhatə edən mövzular yer alıb. 

Hacı Şahin Həsənli - Sputnik Azərbaycan
Həsənli: “Kərbəla hadisəsi İslam aləmində qəhrəmanlıq salnaməsidir”

Kitabda "Quran" və hədislərdən, eyni zamanda təfsir kitablarından istifadə olunub, hər həftə üçün bir neçə səhifədən ibarət xütbə verilib. Ayrı-ayrı mövzularda tərtib edilən 54 xütbə-məqalə nümunələri struktur baxımından iki hissəyə ayrılıb. Birinci hissədə əsasən mövzunun dini nöqteyi-nəzərindən açıqlanması, ikinci hissədə isə ictimai əhəmiyyəti vurğulanır. Ümumi olaraq xütbələrin məzmunu İslam dininin etiqadi məsələləri, ehkam və əxlaq mövzuları, tarixi şəxsiyyətlər, müqəddəs bayramlar və günlər barədə məlumatlardan ibarətdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyinin də yer aldığı kitabda ibadətlər, İslam əxlaqının müxtəlif meyarları, halal və haramlar, süfrə və geyim mədəniyyəti, salamlaşmaq, hədiyyə vermək kimi mədəni davranış normaları ilə yanaşı, müstəqilliyin əbədiliyi, milli bayramlar, Vətən sevgisi, şəhidlik məqamı kimi mövzulara da toxunulub.

QMİ-nin fətva və moizələr şöbəsinin müdiri Aqil Şirinov "Report"a açıqlamasında bildirib ki, kitabdan hansı formada istifadə olunacağı, axund və imamlara əvvəlki moizə və xütbələri oxumağa icazə verilib-verilməyəcəyi yaxın günlərdə aydınlaşacaq. 

Assurların qalıqları Ağstafanın Vurğun qəsəbəsində bu gün də var - Sputnik Azərbaycan
Azərbaycanda etnik azlıq: xristiandırlar, amma oruc tutub, namaz qılırlar

Qeyd edək ki, kitabın müəllifləri QMİ-nin Fətva və moizə şöbəsinin aparıcı mütəxəssisləri İbrahim Quliyev, Ağasəid Yaqubov, Qurban Əliyev və Valeh Nəsirovdur.

Məsələyə münasibət bildirən ilahiyyatçı İsmayıl Əhməd Sputnik Azərbaycan-a açıqlamasında nəzarətin lazımlı, labüd olduğunu deyib: "Çünki xütbələrin əksəriyyətində lazım olmayan mövzular açıqlanır. Dini zəmində çaxnaşma yaradan, insanları düşünməkdən məhrum edən xütbələr qadağan olunsa yaxşı olar. Amma əvvəlki moizə və xütbələrin içərisində faydalı olanları da var. Yəni, belə demək olmaz ki, indiyədək oxunan bütün xütbələrin oxunmasına icazə verilməyəcək. Bütün əvvəlki xütbələrin oxunmasına icazə verilməməsi düzgün olmazdı. Hər halda kitabı Qafqaz Müsəlmanları İdarəsi hazırlayıbsa, lazım olan mövzulardır".

Xütbə və moizə seçimi sərbəstdirmi sualına ilahiyyatçı deyib ki, axund və imamlar özləri mövzuları seçiblər: "Məsələn, şəxsən yaşadığım Şamaxı rayonunda mövzular çox yorucudur deyə ümumiyyətlə, cümə namazlarında iştirak etmirəm. Çünki çox yorucu və lazım olmayan mövzulardır. Düşünürəm ki, mövzularda Qurana daha çox yer verilsə, xütbələrin 90-95 faizində Qurana yer verilsə, daha məqsədəuyğun olar. Çünki Quranda bütün mövzular öz yerini alıb". 

Teoloq Hacı Adil Hüseynov - Sputnik Azərbaycan
Teoloq: “Orucluğa müxtəlif yanaşma tərzləri var”

Teoloq Hacı Adil Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu kitabdan nümunə kimi istifadə edə bilərlər ki, moizə və xütbələr bu tərzdə oxunsun: "Xütbədə xətibin subyektiv fikirləri rol oynamır. Xütbələr baş verən hadisələrə rəy bildirmək üçündür. Xüsusilə cümə xütbələri baş verən hadisələrə müsəlmanların rəy bildirməsi üçündür. Bunun da hansısa bir idarənin tərkibində belə konkretləşdirilməsi düzgün deyil. Çünki xətiblərin fərqli baxışları, analiz, təhlil qabiliyyətləri var. Məsələn, ola bilər hər hansı bir qurum xütbələri tənzimləyir. Amma elə bir xətib ola bilər ki, onu tənzimləyənlərdən biliyi, savadı çox olsun".

Onun sözlərinə görə, konkretlik xətibin sərbəst fikir söyləməsinə mənfi təsir göstərəcək: "Mən demirəm ki xətib çıxıb bütün ictimai-siyasi məsələlərin hamısı xırdalamalıdır. Amma günün nəbzini tuta biləcək tərzdə, hadisələr barədə insanlara məlumat verməli, onlara İslamın, Quranın münasibətini bildirməlidir".

Xəbər lenti
0