CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən etibarən Məhərrəm ayı başlayır

© Sputnik / Murad OrujovДень Ашуры в столичной мечети Тезепир
День Ашуры в столичной мечети Тезепир - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ayın 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək

BAKI, 22 sentyabr — Sputnik. Bu gündən etibarən Hicri təqvimi ilə Məhərrəm ayı başlayır.

"Report"un məlumatına görə, cümə günü, Miladi təqvim ilə sentyabrın 22-si Məhərrəm ayının ilk günüdür.

Bu gündən başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq. Bu ayın 10-cu günü — Aşura oktyabrın 1-nə təsadüf edəcək. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.

İmam Hüseynin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, Miladi təqvim ilə noyabrın 9-na düşür.

Səfər ayının 28-də (17 noyabr) isə Məhəmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq. Səfər ayı Miladi təqvim ilə noyabrın 19-da başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Xəbər lenti
0