12:16 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
İraqda qaçqın uşaqılar, arxiv şəkli

Bakıdakı uşaq sığınacağı terrorçuların uşaqlarını qəbul etməyə hazırdır

© AFP 2019 / AHMAD AL-RUBAYE
CƏMİYYƏT
Qısa URL
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların taleyi (6)
289 0 0

Hüquq müdafiəçisi bildirib ki, İraqdakı uşaqlara psixoloji yardım göstərməyə hazırdırlar, çünki onlar zorakılıq qurbanlarıdır

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə Xarici İşlər Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinə İraqda tapılan İŞİD terror təşkilatının üzvü olan azərbaycanlıların uşaqları ilə bağlı məktubla müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a Kəmalə Ağazadə özü məlumat verib. O, bu qurumlara bildirib ki, sözügedən uşaqları vətənə gətirərkən onların sığınacağında yerləşdirə bilərlər. Məktubda AUB-un həmin uşaqlara psixoloji yardım göstərməyə hazır olduğu da ifadə edilib. 

"Sözügedən qurumlar uşaqları vətənə qaytararkən onları ilk olaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yerləşdirə bilərlər. Bu uşaqların valideynləri tapılana qədər onlar uşaq evlərində məskunlaşacaqlar və onlara mütləq psixoloji yardım gəstərilməlidir" — deyə Ağazadə bildirib.

Onun sözlərinə görə, İŞİD yaraqlılarının uşaqları psixoloji zorakılığın qurbanlarıdır və onlara kömək lazımdır.

"Uşaqların Azərbaycana qayıdışı səfirlik, Xarici İşlər Nazirliyi və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək. O uşaqlara dəstək göstərmək bizim vətəndaşlıq borcumuzdur" — deyə Ağazadə əlavə edib. 

Sputnik Azərbaycan-ın daha əvvəl verdiyi məlumata görə, Bağdaddakı sığınacaqlardan birində 2-3 yaşlı Abdulla və Xədicə adlı bacı-qardaş məskunlaşıb. Onları RT telekanalının əməkdaşları tapıblar və videoya çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən Bağdada aparıblar.

Sonra məlum olub ki, Abdulla və Xədicə İraq sığınacaqlarında olan yeganə azərbaycanlı uşaqlar deyil. İraq ərazisində Azərbaycandan olan İŞİD yaraqlılarının xeyli sayda uşaqları və qadınlar var. Hazırda azərbaycanlı diplomatlar qısa müddətdə həmin qadın və uşaqların Azərbaycana qaytarılması üzərində işləyirlər.

Mövzu:
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların taleyi (6)

Əlaqədar

Ağazadə: “İŞİD-dən xilas edilən uşaqlara dəstək olmalıyıq”
Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO
Məktəb binasının uçması nəticəsində 22 uşaq həlak oldu
Bağça uşaqları üçün bir ilk
Teqlər:
İŞİD, Xarici İşlər Nazirliyi, Azərbaycan Uşaqlar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kəmalə Ağazadə, Bağdad, Azərbaycan

Əsas mövzular