15:24 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1486 0 0

Almanların azərbaycanlı qaçqınlar üçün gətirdikləri 355 avtomobildən 20-30 sınıq-salxağı qalıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Binəqədidə "avtomobil qəbiristanlığı" var. Onlarla avtomobilin saxlandığı bu yerdə avtomobillər istinin, küləyin təsirindən aşınıb, yararsız hala düşüb.

Deyilər ki, "Eurovision-2012" də Azərbaycana gələn almanlar, bu köhnə avtomobilləri ölkəmizə bağışlayıblar. Bağışlayıblar ki, guya qaçqın və məcburi köçkünlərə hədiyyə edilsin.

Binəqədidə avtomobil qəbiristanlığı
© Sputnik / Irade JELIL
Deyilənə görə, "Eurovision-2012" də Bakıya gələn almanlar, bu köhnə avtomobilləri yerli camaata bağışlayıblar

İlkin sayı 355-dən çox olduğu deyilən avtomobillərdən, indi bu qəbiristanlıqda 20-30 ədədi qalıb. Onlar da bərbad vəziyyətdə. Deyirlər ki, guya vaxtilə burada mühafizəçi olub, avtomobillərə nəzarət edib. İndi avtomobil qəbirsitanlığının qapısında tikilmiş kiçik mühafizəçi otağı da qıfıllıdır. Görünür, daha avtomobillərin yararlı hissələri qalmayıb. Ya yağışdan, küləkdən, istidən aşınıb sıradan çıxıb, ya da satılaraq aradan çıxarılıb.

Qeyd edək ki, avtomobilləri qaçqınlara bağışlayan almanlar, xeyriyyə aksiyasının iştirakçıları olublar. Onlar Azərbaycana "Eurovision-2012" ərəfəsində gəlmişdilər. Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Bakıya doğru hərəkət edən "Allgeau-Orient" adlı avtoralliyə, 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) qoşulubmuş. Sonradan onlar bütün avtomobilləri qaçqınlara bağışlayaraq özləri geri qayıdıblar.

Binəqədidə avtomobil qəbiristanlığı
© Sputnik / Irade JELIL
Yerli sakinlər deyir ki, avtomobillərin bəzisi buraya evakuatorlarla, bəziləri isə xüsusi geyimdə olan şəxslər tərəfindən gətirilib

Ötən gün yolum Binəqədi qəsəbəsinə düşmüşdü. Məqsədim illərlə təmir edilməyən, tez-tez bağlanıb-açılan Binəqədi yolunun son vəziyyəti ilə maraqlanıb, reportaj hazırlamaq idi. Ərazidən keçəndə, yolun kənarında dəmir barmaqlar arxasında "həbs edilmiş" avtomobillər gözümə sataşdı.

Yaxınlaşıb əvvəlcə mühafizəçi otağına baxdım, qapısı qıfıllı idi. Yaxınlıqdakı mağazalardan orada artıq heç kim olmadığını bildirdilər. Bir neçə foto çəkib uzaqlaşmaq istəyirdim ki, yaşlı bir kişi mənə yaxınlaşıb kim olduğumu soruşdu. Jurnalist olduğumu biləndə dedi ki, yaxınlıqda yaşayır. Şəkil çəkməyim onun diqqətini çəkdiyi üçün yaxınlaşıb.

Binəqədidə avtomobil qəbiristanlığı
© Sputnik / Irade JELIL
Burada vaxtilə hətta mühafizəçi belə olub

Əlövsət Məmmədov deyir ki, 40 ildən çoxdur Binəqədidə yaşayır. Binəqədinin hər gününün canlı şahididir. Elə avtomobillərin bura necə gətirildiyinə də şahid olub. Sözlərinə görə, "avtomobil qəbiristanlığında" olan avtomobillərin bəzisi evakuatorlarla, bəziləri isə xüsusi geyimdə olan şəxslər tərəfindən gətirilib.

"Əvvəl bura avtomobillə dolu idi. Hamısı təzə görünsə də, bilinirdi ki, köhnə maşınlardır. Ən azı 20 ilin avtomobilləridir. Gətirib yığdılar. Bir mühafizəçi də qoydular ki, kimsə yaxın durmasın. Sonra da elə özləri yavaş-yavaş daşıyıb "əritdilər". İndi 20-30 köhnə sınıq-salxaq avtomobil qalıb. Görünür, onların da salamat hissələrini götürüb aparıblar. Daha nəzarətçi də yoxdur" — sakin danışır.

Ə. Məmmədov bildirir ki, Prezidentin də qərarı olub ki, bu avtomobillər qaçqın-köçkün ailələrinə verilsin: "Amma görünən odur ki, verilməyib. Kimlərsə bu avtomobilləri özləri öz aralarında həll ediblər. Qaçqınlara verilməməsinin səbəbi kimi isə, həmin avtomobillərin sənədsiz, yararsız olmasını göstərirdilər. Vallah, bildiyim budur ki, indi 5-10 avtomobil var. Amma görünür, yarasızdır ki, heç kim nəzarət etmir".

Uçan avtomobillər
© Karikatura
Uçan avtomobillər

Məsələ ilə bağlı "Qaçqınkom"un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elçin Qədimovla əlaqə saxldıq. Cənab Qədimov bu mövzunun onlarla heç bir əlaqəsinin olmadığını bildirdi.

Əlaqədar

Qaçqınlar bu əraziyə köçürüləcəklər
Tanınmış müğənnidən qaçqınlara 200 min manatlıq yardım
Qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb
Qaçqın düşərgəsində partlayış törədildi, ölənlər var
Qaçqınların humanitar problemi və onların həlli yolları
Teqlər:
"Eurovision-2012", "avtomobil qəbiristanlığı", alman, Binəqədi, qaçqın, avtomobil

Əsas mövzular