02:44 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16 0 0

Bakı MDB məkanında turizm üçün əlverişli şəhərlər sırasında ilk üçlüyə daxil olub

BAKI, 20 sentyabr — Sputnik. Bakı MDB məkanında turizm üçün əlverişli şəhərlər sırasında ilk üçlüyə daxil olub.

TurStat analitik agentliyi 2017-ci ilin payızında MDB məkanında turistlər üçün ən populyar olan şəhərlərin adlarını açıqlayıb.

Azərbaycanın paytaxtı MDB turistləri arasında ən populyar olan şəhərlərin top üçlüyünə daxildir. Minsk, Astana, Bakı, Yerevan, Almatı, Daşkənd, Aşqabad, Kiyev, Kişinyov və Bişkek bu ilin payızında MDB-dən olan turistlər arasında ən populyar şəhərlərin ilk onluğunda yer alırlar. 

Bu reytinq cədvəli turistlər tərəfindən online sistem vasitəsilə bron edilmiş yerlərlə bağlı məlumatların analizi nəticəsində tərtib edilib.

TurStat-ın məlumatına görə, turistlər Bakını orta hesabla 3 günlük ziyarət edirlər və bu müddət üçün sutkaya 78 dollar ödəyirlər.

Turistlər üçün MDB məkanının ən ucuz şəhərləri Bişkek və Kişinyov, ən bahalı şəhəri isə Astanadır.

Əlaqədar

Gürcüstanın turizm mərkəzində partlayış: yaralı ölüm ayağındadır
Turizm cənnəti bir gündə 500 dəfə silkələndi
Gürcüstana gedənlər üçün bəd xəbər: turizm cənnəti yandı
Türkiyənin turizm cənnətində vahiməli anlar
Azərbaycanda yeni turizm şəhərciyi salınacaq
Teqlər:
Bişkek, Aşqabad, Daşkənd, Almatı, Kişinyov, Kiyev, Astana, Bakı

Əsas mövzular