03:49 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların taleyi (6)
52810

Azərbaycan XİN: Bağdadda qalan körpələrimizi geri qaytarmağa çalışırıq

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşları, artıq Bağdaddakı sığınacaqlardan birində, İŞİD beynəlxalq terror təşkilatına qoşulmuş azərbaycanlı döyüşçülərin uşaqlarının olduğunu bilirlər. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Bağdaddakı sığınacaqlardan birində 3 yaşlı Abdulla və 2 yaşlı Xədicə adlı iki uşaq var. Bu uşaqların valideynləri hərbi əməliyyatlar zamanı həlak olublar. RT telekanalının əməkdaşları Abdulla və Xədicəni həmin sığınacaqda tapıb çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər.

Hikmət Hacıyevin sözlərinə görə, hazırda səfirliyin əməkdaşları Bağdaddakı əlaqədar orqanlarla danışıqlar aparırlar və uşaqların Azərbaycana qaytarılmasını təşkil etməyə çalışırlar. "Bu barədə hər hansı nəticə olan kimi sizə məlumat verəcəyik" – deyə Hikmət Hacıyev bildirib.

Rəsmi məlumatlara görə, 900-dək Azərbaycan vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqdakı terrorçulara qoşulub. Bu rəqəmləri 2017-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev açıqlayıb.

Onun sözlərinə görə, bu şəxslərin əksəriyyəti hərbi əməliyyatlar zamanı öldürülüb, 84 nəfərsə geri qayıdaraq Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib. Radikal islamçıların 151 tərəfdarı isə silahlı qruplaşmalara qoşulduğuna görə Azərbaycan vətəndaşlığından məhrum edilib.

Mövzu:
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların taleyi (6)

Əlaqədar

İŞİD təslim olur?
İŞİD yenə ortalığı "qan gölü"nə döndərdi
İŞİD-ə qarşı böyük zəfər: baş nazir qələbəni elan etdi
Mosul İŞİD-dən tam təmizləndi
Teqlər:
Bağdad, İraq, XİN, Azərbaycan, uşaq

Əsas mövzular