ELM

Müəllimlərin əməkhaqqları artırıldı — rəsmi

Abunə olmaq
Bu Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir

BAKI, 18 sentyabr — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 14-də “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan və 2017-ci il iyunun 30-da keçirilmiş bilik və bacarıqlarının qiymətləndirilməsində müəyyən olunmuş keçid balını toplayan müəllimlərin həftəlik dərs yükü norması və aylıq vəzifə maaşları qanunvericiliklə nəzərdə tutulmuş qaydada artırılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir”.

Muxtar Respublikanın Təhsil Nazirliyindən aldığımız məlumata görə, bu ilin iyun ayda keçirilən imtahanlarda 562 müəllim müəyyən olunmuş keçid balını toplayıb. Həftəlik dərs yükü norması və aylıq vəzifə maaşının artırılması da keçid balını toplayan həmin müəllimlərə şamil olunacaq.

Xəbər lenti
0