00:42 26 Sentyabr 2017
Canlı yayım
Aşıq Ədalət Qazaxda son mənzilə yola salınıb

Xalq öz böyük oğlu ilə belə vidalaşdı

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
2849 0 0

Aşıq Ədaləti vəsiyyətinə uyğun olaraq doğulub boya-başa çatdığı Qazax rayonunda dəfn ediblər

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Bu gün Qazaxda ustad Aşıq Ədalət Nəsibovla vida mərasimi keçirilib. Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri və KİV nümayəndələri iştirak edib.

  • Aşıq Ədalət Qazaxda son mənzilə yola salınıb

1 / 14
© Sputnik / İlham Mustafa
Aşıq Ədalət Qazaxda son mənzilə yola salınıb

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vida mərasimində çıxış edərək bildirib ki, Ə.Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. YUNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb. Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib. Bu gün Ədalət Nəsibov bizim aramızda olmasa da, o, daim qəlblərdə yaşayacaq və onun yaradıcılığı gənc aşıqlar üçün bir örnək olacaq. Ədalət Nəsibov məktəbinin yetirmələri onun adını daim yüksəklərə qaldıracaqlar.

Milli Məclisin deputatı Kamran Nəbizadə, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Azərbaycan Aşıqlar Birliyi Qazax rayon bölməsinin sədri Camoy Qurbanov, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Məhəmmədəli Məşədiyev, şair Zaməddin Ziyadoğlu və başqaları çıxış edərək Ədalət Nəsibov haqqında ürək sözlərini qeyd ediblər.

Ustad aşığın oğlu Hekayət Nəsibov çıxış edərək dəfni yüksək səviyyədə təşkil etdiyinə və onların kədərinə dərindən şərik olduğuna görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi adından öz dərin minnətdarlığını bildirib.

Vida mərasimindən sonra Aşıq Ədalət vəsiyyətinə uyğun olaraq Qazaxda Ağköynək kənd qəbiristanlığına gətirilib. Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Məhəmmədəli Məşədiyevin ifasında “Yanıq Kərəmi” havasının sədaları altında torpağa tapşırılıb. Böyük sənətkarın özünün vəsiyyət etdiyi kimi sazının üz hissəsi də məzarına qoyulub.

Əlaqədar

Aşıq Ədalət vəfat etdi
Düşmənin belə, ehtiramla dəfn etdiyi azərbaycanlı qəhrəman
Lütfi Zadənin dəfn olunacağı yer müəyyənləşdi
Erməni təxribatı nəticəsində həlak olan həmvətənlərimiz bu gün dəfn olunur
Teqlər:
Aşıq Ədalətin dəfni, Ədalət Nəsibov, Barat Vüsal, Zaməddin Ziyadoğlu, Rəcəb Babaşov, İlham Pirməmmədov, Qazax

Əsas mövzular