13:17 23 Noyabr 2017
Canlı yayım
Bijuteriya, arxiv şəkli

Paytaxtda lombard işçisi əhaliyə həyasızcasına fırıldaq gəlirmiş

© Sputnik / Sergey Pyatakov
CƏMİYYƏT
Qısa URL
136 0 0

Xəbərdarlıq: Lombard işçiləri vətəndaşların girov qoyduqları zinət əşyalarını onların saxta analoqları olan bijuteriyalarla əvəz edə bilərlər

BAKI, 15 sentyabr — Sputnik. Bizim dövrümüzdə qızıl-zinət əşyalarını keyfiyyətli bijuteriyadan ayırmaq kifayət qədər çətindir. Hətta Bakı polisinin təcrübəsində elə hallara rast gəlinib ki, mənzilləri qarət edən şəxslər zərgərlik məmulatları ilə yanaşı səhvən sadə bijuteriyaları da aparıblar.

Oğrular zinət əşyalarını ayırmağı bacarmasalar da, fırıldaqçılar bahalı zinət əşyalarını saxta bijuteriyalarla əvəz edərək bundan kapital qazanmaq üçün istifadə edirlər. Lombard işçiləri arasında növbəti dələduzluq faktı Bakının Nərimanov rayonunda 17-ci polis bölməsinin ərazisində aşkarlanıb.

Belə ki, "102" xidmətinə 1991-ci il təvəllüdlü şəhər sakini Qəhrəman Mustafayevdən şikayət daxil olub. O bildirib ki, 2016-cı ilin dekabrından 2017-ci ilin sentyabrına qədər Fətəli xan Xoyski küçəsindəki 138 nömrəli binada yerləşən lombardın işçisi, Lənkəran sakini, 1990-cı il təvəllüdlü Abbasov Elnur Çingiz oğlundan bahalı zərgərlik məmulatları alıb. 

Yalnız bu yaxınlarda Mustafayev aldadıldığını bilib. Sən demə, Abbasov qızıl zinət əşyaları ilə birlikdə adi bijuteriyaları da sırıyıb və beləliklə, Mustafayevə məxsus 20 min manatı mənimsəyib. Fırıldaqçılıq faktı Mustafayev bijuteriyaları zərgərə əsl qızıl zinət əşyaları kimi satarkən üzə çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Abbasov hələlik saxlanılmayıb.

Polis hər ehtimala qarşı lombardlara qızıl əşyalarını girov qoyan vətəndaşları ayıq olmağa çağırıb. Vətəndaşlara pul müqabilində girov qoyduqları qızıl-zinət əşyalarını lombarddan geri alarkən diqqətli olmaq, onları zərgərdə yoxladaraq saxtalaşdırılmadığını dəqiqləşdirmək tövsiyə edilir. "Bilmək olmaz, lombard işçiləri vətəndaşların girov qoyduqları zinət əşyalarını onların saxta analoqları olan bijuteriyalarla əvəz edə bilərlər" — deyə hüquq mühafizəçiləri xəbərdarlıq edib.

Əlaqədar

Valideynlərə xəbərdarlıq: "Övladlarınızı fırıldaqçılardan qoruyun"
İmtahanda fırıldaq işlətmək istəyən dörd müəllim faş edilib
Fırıldaqçılar buna da əl atdılar: müqəddəs dəyərlər ələ salındı
Təhsil sistemində böyük fırıldaq: gizlinlər aşkara çıxır
Sakinlərə xəbərdarlıq: böyük fırıldaqla üzləşəcəksiniz
Teqlər:
Nərimanov rayon Polis İdarəsi, Qəhrəman Mustafayev, Bakı

Əsas mövzular