08:59 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
26 0 0

Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklərə baxılıb

BAKI, 14 sentyabr — Sputnik. Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklərə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər “Elm haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

İclasda bildirilib ki, dəyişikliyə görə əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək. Bundan başqa, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” qanunu ilə müəyyən edilən qaydada həyata keçiriləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Əsas mövzular