07:03 19 Noyabr 2017
Canlı yayım
Allahşükür Paşazadə

Allahşükür Paşazadə: "Eşitsəm ki, hansısa məsciddə sünni-şiə qarşıdurması var..."

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
72410

"Tapşırmışıq ki, hansı yerlərdə çoxlu sayda sünni və şiələr toplaşarsa, oradakı qazılar, səlahiyyətli nümayəndələr onların yanında olsunlar"

BAKI, 14 sentyabr — Sputnik. "İllər boyu sünni və şiələr arasında problem olub. Bəzi qüvvələr məzhəb ayrı-seçkiliyi, qarşıdurmalar yaratmaq istəyirlər. Amma bizim aramızda sağlam düşüncəli insanlar daha çoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə, Məhərrəm ayı ilə bağlı keçirilən konfransda, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə açıqlama verib: "Buna görə də biz tapşırmışıq ki, hansı yerlərdə çoxlu sayda sünni və şiələr toplaşarsa, oradakı qazılar, səlahiyyətli nümayəndələr onların yanında olsunlar. Çünki "Quran", peyğəmbər, imamlar hamımızındır".

"Məhərrəm ayında qanvermə aksiyası keçiriləcək. Kim ki, qan çıxarmaq istəyir, gəlib qan verər. Gəlib mənə desələr ki, filan məsciddə sünni-şiə qarşıdurması var, mən həqiqətən çox pis olaram. Həqiqətən pis olaram" — Paşazadə vurğulayıb.

Əlaqədar

Şeyxülislam: "Məhərrəmliyi bütün qaydalara uyğun keçirəcəyik"
Azərbaycanda Məhərrəm ayı başladı
Teqlər:
qüvvə, Məhərrəm ayı, sünni, Şeyxülislam Hacı Allahşükür Paşazadə, şiə

Əsas mövzular