07:06 19 Noyabr 2017
Canlı yayım
Müsəlmanların həyatında Həcc ziyarəti hansı yeri tutur və cari ildə azərbaycanlı zəvvarların ziyarəti necə olub? mövzusunda konfrans

"Həcc ziyarəti zamanı kəsilən qurbanların hara getdiyi məlum deyil"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
3310

Adil Hüseynoğlu: "Müsəlmanların sayının azalması üçün çalışan qüvvələr var"

BAKI, 14 sentyabr — Sputnik. "Həcc ziyarətinin iştirak əhəmiyyəti mənəvi əhəmiyyətindən çoxdur". Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində, "2017-ci ildə azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti necə keçib?" mövzusunda keçirilən tədbirdə, məşhur teoloq hacı Adil Hüseynoğlu deyib.

Dini mahnıların ifaçısı Hacı Aydın Rza
© Sputnik / Murad Orujov

Onun sözlərinə görə, müsəlmanların və zəvvarların sayının azalması üçün çalışan qüvvələr var: "Myanmada baş verən hadisələr də bunun göstəricisidir. Həcc ziyarəti müsəlmanların bu cür hadisələrə qarşı birləşməsinə səbəb olmalıdır. Lakin nədənsə xristian ölkələri, Rusiya bu hadisəyə müsəlman ölkələrdən daha tez və daha çox diqqət verdi".

"Həcc ziyarəti zamanı qurban kəsib ehtiyacı olanlara paylamaq lazımdır. Ehtiyacı olan təbəqənin dini və milli mənsubiyyətindən asılı olmayaraq, onların qarnını doyurmaq hər bir müsəlmanın borcudur. Lakin həcc zamanı kəsilən qurbanların hara getdiyi məlum deyil, onlar Afrika və digər yerlərdə olan ac insanlara çatmır. Bu səbəbdən də həcc ziyarətinin iştirak əhəmiyyəti mənəvi əhəmiyyətindən çoxdur" — deyə o bildirib.

Həcc ziyarəti hər il Hicri təqvimi ilə dəqiq tarixdə həyata keçirilir. 2017-ci ildə bu tarix avqust ayının sonlarına düşüb. Məlumatlara görə, bu il ötən illərlə müqayisədə zəvvarlar üçün yaxşı şərait yaradılıb, təmiz və rahat çadırlar qurulub. Hər bir çadırın içərisində böyük kondisionerlər quraşdırılıb.

Əlaqədar

2017-ci ildə azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti necə keçib?
Səudiyyə Ərəbistanı Həcc ziyarəti barədə önəmli açıqlama yayıb
Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib
Həcc ziyarətinə gedənlər üçün bəd xəbər
Həccə ziyarətinə sənəd qəbulu başlayıb
Həcc ziyarəti üçün kvota məhdudiyyəti aradan qaldırıldı
Teqlər:
qurban, zəvvar, Həcc ziyarəti, müsəlman

Əsas mövzular