07:09 19 Noyabr 2017
Canlı yayım
Fuad Ələsgərov, arxiv şəkli

Prezidentin köməkçisi Mehman Əliyevlə Nardaran məhbuslarının niyə azad edildiyini açıqladı

© Foto: REPORT
CƏMİYYƏT
Qısa URL
203110

Fuad Ələsgərov: "Bu sərəncamdan sonrakı müddətdə aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb"

BAKI, 12 sentyabr — Sputnik. "Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib".

Bunu Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində bildirib.

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin həbsdən azad edilməsinə münasibət bildirən F. Ələsgərov deyib:

"Cənab Prezident yenə də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Burada xüsusilə vurğulamaq istərdim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub". 

Ələsgərov vurğulayıb ki, əslində, Mehman Əliyevin, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab prezidentin 2017-ci il 10 fevral tarixli, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür.

Prezident köməkçisinin sözlərinə görə, bu sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.

"Həmin sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir. Belə ki, bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur" — deyə F. Ələsgərov vurğulayıb. 

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, sentyabrın 11-də Prezident İlham Əliyevin tövsiyəsi əsasında azad edilib.

Sentyabrın 11-də Nardaran hadisələri zamanı həbs edilən 14 nəfərin də azadlığa buraxılmasına qərar verilib.

Əlaqədar

Prezidentin Mehman Əliyevlə bağlı tövsiyyəsi yerinə yetirildi
Mehman Əliyev həbsdən azad edilir?
Mehman Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib
Teqlər:
Nardaran hadisələri, Yasamal Rayon Məhkəməsi, Milli Məclis, Mehman Əliyev, Fuad Ələsgərov, Nardaran

Əsas mövzular