06:28 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Ərzaqla dolu səbət, arxiv şəkli

Manatın məzənnəsi stabilləşsə də, paradoksal proses gedir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1503 0 0

Son zamanlar ərzaq bazarında müşahidə olunan bahalaşma bir neçə amillə izah olunur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Cari ildə manatın məzənnəsində dəyişiklik hiss edilməsə də, ərzaq məhsullarının qiymətində bahalaşma hiss ediləcək səviyyədədir. Cəmi bir ay öncə bir qiymətə satılan məhsullar, bu gün xeyli bahalaşıb və bu bahalaşma davam edir. Manatın məzənnəsi sabitdirsə, bahalaşmaya səbəb nədir?

Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə mağazada satıcılarla söhbətləşib. Satıcı İlahə Əliyevanın sözlərinə görə, manatın məzənnəsinin düşməsi, bütün məhsulların qiymətinin artması ilə nəticələndi: "Çünki əksər məhsullar başqa ölkələrdən gətirilir və məhsullar dollarla alınır. Təbii ki, heç bir iş adamı baha aldığı məhsulu ucuz qiymətə satmayacaq. Buna görə də, indiki vəziyyətdə qiymətlərin düşməsini gözləmək səhv olardı".

Satıcı deyir ki, manatın məzənnəsi sabit qalsa da, son zamanlar benzinin qiymətinin qalxması da qiymətlərə təsir edir.

Manat və dollar
Karikatura
Manat və dollar

Digər satıcı Samir Əbdürrəhmanovun sözlərinə görə, məhsul baha alınırsa, baha da satılmalıdır. Çünki hər bir mağaza sahibi mağazanı gəlir əldə etmək üçün açır, zərərə düşmək üçün deyil: "Mən satdığım məhsulu baha alıramsa, təbii ki, baha da satmalıyam. Kimsə mənə pay və yaxud ucuz mal vermir".

Satıcı bildirir ki, şəhərin bir çox mağazalarında "xüsusi endirim" kompaniyaları elan edilir, amma bu endirimlər 5 qəpikdən çox ola bilməz: "Bir qədər çox — 20-30 qəpiklik endirimlər isə istifadə müddətinin bitməsinə az qalmış məhsullara aid edilir. Məhsullar firmalar tərəfindən gətirilir. Onlar məhsulu baha aldıqlarını, benzinin bahalaşdığını, digər xərclərin çox olduğunu bildirir. Baha alırıqsa, baha satmalıyıq".

İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, manatın sabit qalması fonunda, qiymətlərin qalxmasının bir neçə səbəbi var: "Qiymət artımın əsas səbəblərindən biri mövsümi amillərdir. Yay aylarında qiymətlər bir qədər ucuzlaşır, üzü payıza isə bahalaşır. Və bu, o deməkdir ki, ərzaq məhsullarının – kənd təsərrüfatı məhsullarının bahalaşması davam edəcək. Bu, mövsümi amildir".

Ekspert bildirir ki, son zamanlar ət və ət məhsullarının qiymətində də artım müşahidə edilir: "Bu da kənd yerlərində otlaq yerlərində əkinçilik məhsullarının əkilməsi ilə bağlıdır. Otlaq yerlərinin azalması yemin qiymətinin bahalaşmasına gətirib çıxarır. Yemin qiymətinin bahalaşması da ətin qiymətinin bahalaşmasına səbəb olur".

Ərzaq məhsullarının qiymətinin artmasının digər bir amili isə milli valyutanın ucuzlaşacağı ilə bağlı olan narahatçılıqlardır. Məsələn, bu gün 1 ABŞ dolları 1, 70 manatdır. Ancaq biznesdə hər zaman ehtiyat qorunur və qiymətlər 1,80-1,90 manat əhatəsində formalaşır.

S. Əliyevin sözlərinə görə, sahibkarlar arasında bu gün manatın məzənnəsinin ucuzlaşacağı gözləntisi olduğu üçün, onlar ehtiyatlarını saxlayırlar: "Özünüz də bilirsiniz ki, bir müddət, süni qiymət artımı səbəbindən qiymətlərin qaldırılmasına icazə verilmədi. Bu səbəbdən də bəzi şirkətlər qiymətləri qaldırmadı. Amma indi həmin şirkətlər də qiymətləri yavaş-yavaş qaldırır".

İqtisadçı qeyd edir ki, benzinin qiymətinin artması da ərzaq məhsullarının qiymətinin artmasına təsir edir. Baxmayaraq ki, nəqliyyat vasitələrinin dizel və yaxud qazla çalışdığı barədə açıqlamalar verilir, kənd təsərrüfatında fermerlərin əksəriyyəti benzinlə işləyən avtomobillərdən istifadə edir. Buna görə də, bu da hər bir halda qiymətə təsir edir.

Əlaqədar

Ekspert: “Azərbaycanda qiymətlər süni şəkildə artırılır”
Benzinin qiyməti yenə qalxdı
Qurbanlıq bazarından reportaj: nəzarətçi yoxdur, həkim xəstələnib, qiymətlər...
Ekspert: “Ətin qiyməti əsaslı dərəcədə bahalaşıb”
Qurbanlıq heyvanların satış və kəsim qiyməti açıqlandı
Ekspert: "Məktəbli formasını 50 faiz aşağı qiymətə də satmaq olar"
Siqaretin yeni qiyməti açıqlandı
Teqlər:
satıcı, baha, məhsul, manat, dollar, qiymət

Əsas mövzular