CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ciminin adı narkotik alverində hallanır

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidMüsadirə edilən heroin konteynerləri
Müsadirə edilən heroin konteynerləri - Sputnik Azərbaycan
Abunə olmaq
Cimi kənd sakini İslam İsgəndərovun həyətyanı sahəsindən 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb

Leyla Abdullayeva,Sputnik Azərbyacan

BAKI, 5 sentyabr — Sputnik. Şabran rayon və Qusar rayon polis əməkdaşları “Xaş-xaş-2017” devizi altında uğurlu əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Quba rayonunun Cimi kənd sakini İslam İsgəndərovun həyətyanı sahəsindən 17 ədəd çətənə kolu, evinə baxış zamanı 1 kiloqram 120 qram marixuana aşkar edilərək götürülüb. Onu da qeyd edək ki, İsgəndərov əvvəllərdə məhkumluq həyatı yaşayıb.

Şabran rayonunda isə rayonun Pirəbədil kənd sakini, Cavid Davud oğlu Əlişanovun həyətyanı sahəsinin yaxınlığındakı meşə zolağında ümumi çəkisi 880 qram olan 8 kol hind çətənəsi becərdiyi məlum olub.

Həmin kollar zərərsizləşdirilərək yandırılıb. Bundan başqa onun üzərindən 540 qram qurudulmuş marixuana da aşkar edilib götürülüb. 20 yaşlı Cavid Əlişanov saxlanılıb. Şabran polis şöbəsində istintaq tədbirləri başlanılıb.

Xəbər lenti
0