13:53 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
475 0 0

Kimdir günahkar: Mən, "Akkord", yoxsa insanları qaranlığa qərq edən "Azərişıq"?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, ötən həftə, "Akkord" Şirkətlər Qrupu tərəfindən inşa olunmuş Abşeron Gənclər Şəhərciyindəki mənzillərə elektrik enerjisinin verilişi, bir müddətlik dayandırılıb. Şəhərciyin rəhbərliyi tərəfindən sakinlərə bildirilib ki, "Akkord" Şirkətlər Qrupunun "Azərişıq" ASC-yə borcu olduğu üçün şəhərciyin elektrik enerjisi dayandırılıb. Sakinlər bildirirlər ki, onlar özləri "Azərişıq" ASC-nin abonentləridir və "Akkord"un "Azərişıq"a borclu olmasının məsuliyyətini onlar daşımamalıdırlar.

Sputnik Azərbaycan-a açıqlamasında məsələyə aydınlıq gətirən əmlak eksperti Ramil Osmanlı deyir ki, əgər vətəndaş ayrı-ayrılıqda "Azərişıq"a pul ödəyirsə, hamının öz kodu varsa, deməli onların hər birinin ayrılıqda sayğac nömrəsi var: "Belə olan halda, "Azərişıq" ASC enerji verilməsini dayandırırsa, ola bilsin ki, şirkətin nəzarətində olan müəyyən qurğular, müəyyən işıqlandırma ərazilərinə görə "Akkord"un "Azərişıq"a borcu yaranıb. Və şirkətin borcuna görə, ümumi əraziyə elektrik enerjisinin verilməsi dayandırılıb".

"Vətəndaşların ayrı-ayrılıqda sayğacları varsa və hər birinin kodu varsa, demək hər birinə texniki şəxs verilib. Belə şirkətlər çoxdur. Yəni, elə şirkətlər də var ki, onların ərazisində vətəndaşın sayğacı mövcud deyil və vətəndaş müəyyən texniki hesablamalar əsasında işıqpulu ödəyir" — Osmanlı deyir.

Ekspert bildirir ki, vətəndaşlar mövcud vəziyyətlə bağlı məhkəmə müraciət etməlidirlər: "Vətəndaşlar "Azərişıq" ASC-ni məhkəməyə verməlidir. Belə hallar kifayət qədərdir. "Azərişıq" bəzən sayğacları quraşdırarkən texniki qaydaları pozur və qayda pozuntusunu üzə çıxarmamaq üçün açıqlamalar verilib ki, vətəndaş işığı qeyri-qanuni yolla çəkib. Amma sonradan bu açıqlamaların arxasında durmayıblar".

Hüquqşünas Tağı Hüseynov isə qeyd edir ki, əgər vətəndaş pulu "Azərişıq" ASC-nin balansına ödəyirsə, onun elektrik enerjisinin dayandırılması qanunsuzdur: "Azərişıq" müqaviləni "Akkord"la bağlayıbsa, təbii ki, borc yaranırsa, "Azərişıq" ASC-nin elektrik enerjisini dayandırmaq hüququ var. Ancaq sakinlər pulu "Azərişıq" ASC-yə ödəyirlərsə, deməli burada qanun pozuntusu var".

Mütəxəssisin sözlərinə görə, "Azərişıq" müqaviləni MTK ilə bağlayır və eyni zamanda vətəndaş istifadə etdiyi enerjisinin pulunu "Azərişıq" ASC-nin balansına ödəyir: "Ancaq şirkətin borcu yaranan kimi vətəndaşın işığı kəsilir. Bu məsələdə həm "Akkord", həm də "Azərişıq" məsuliyyət daşıyır. Vətəndaş hər iki tərəfi məhkəməyə verib, ona dəymiş maddi zərərin ödənilməsi haqqında qərar çıxarılmasına nail ola bilər".

Əlaqədar

On il öncə tikilib təhvil verilən bina sakinlərin başına uçur
Dövlət başçısı rayon sakinlərini sevindirdi
Yasamalda daha bir qarşıdurma: sakinlər niyə küçələrə çıxdı
Yanan yataqxananın sakinləri: qorxuruq...
Yanan yataqxananın sakinləri: "Dərdimizi kimə deyək?"
Teqlər:
"Akkord Şirkətlər Qrupu", "Azərişıq" ASC, sakin, Abşeron Gənclər Şəhərciyi, vətəndaş

Əsas mövzular