05:04 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Meyvə yığımı

Şimal-qərb bölgəsində mövsümi canlanma yaşanır

© Sputnik / Ilham Ahmadov
CƏMİYYƏT
Qısa URL
384 0 0

Qəbələdə növbəti meyvə yığımına start verilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Adətən ölkəmizin aran rayonlarında, yumşaq təbiət üçün xarakterik olan bölgələrdə yetişən gavalı və nektarin meyvələrini, indi şimal-qərb bölgəmizdə — Qəbələdə də yetişdirirlər. Nümunəvi təsərrüfat kimi yaradılan gavalı və nektarin bağlarının gələcəkdə genişləndirilməsi nəzərdə tutulub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonda ümumilikdə 6300 ha meyvə bağı mövcuddur. Bu bağların əksər hissəsini qarzaqlı meyvə bağları təşkil edir ki, bu da, əsasən rayonun iqlimi ilə əlaqədardır.

Meyvə yığımı
© Sputnik / Ilham Ahmadov
Meyvə yığımı

Qəbələdə 4827 ha fındıq və digər qarzaqlı meyvə bağları var. Bu bağların 3800 hektarı bar verən ağaclardan ibarətdir. Rayonun Mamaylı, Ovcullu və Nohurqışlaq kəndlərində tumlu meyvə bağları salınır. Artıq bu bağlarda meyvə yığımı başlayıb. Yığılan meyvələrin ölkə xaricinə idxalı ilə əlaqədar işlər də görülür.

Rayonda alıcılıq baxımdan əsas yeri alma, nektarin və gavalı meyvələri tutur. Ümumilikdə bu bağlar 15 hektardan artıqdır. Hazırda gavalı və nektarin bağlarında məhsul yığımı davam edir. Bu bağlarda cari ildən etibarən yüksək məhsuldarlıq dövrü başlayacağı gözlənilir.

Əlaqədar

Bakılıları istidən çay və meyvə xilas edəcək
Hər gün bu meyvəni yemək üçün yeddi səbəb var
Quranda adı çəkilən meyvənin inanılmaz faydaları
Bu meyvə artıq çəkinin və şəkərli diabetin düşmənidir
Teqlər:
gavalı, nektarin, Qəbələ, meyvə, bağ, rayon

Əsas mövzular